Modern.az

İŞİD Londondakı terrora görə məsuliyyəti öz üzərinə götürdü

İŞİD Londondakı terrora görə məsuliyyəti öz üzərinə götürdü

1 Dekabr 2019, 00:23

Londonda iki nəfərin ölümünə səbəb olan terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Modern.az  xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, London körpüsü yaxınlığında bıçaqlı şəxsin hücumu nəticəsində bir qadın və bir kişi ölüb, daha üç nəfər yaralanıb. Polis şübhəli şəxsi zərərsizləşdirib, hazırda fakt terror aktı kimi araşdırılır.

Polisin açıqlamasına görə, hücum edən şəxs Staffordşir qraflığında yaşayan 28 yaşlı Usman Xan olub. O, bənzər əməlləri ilə polisə çoxdan məlum imiş: 2012-ci ildə terrorçu əməllərinə görə həbs olunub, 2018-ci ildə isə azad edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...