Modern.az

Təyyarə qəzası 9 can aldı: 2-si uşaqdır

Təyyarə qəzası 9 can aldı: 2-si uşaqdır

1 Dekabr 2019, 09:13

ABŞ-da təyyarə qəzası baş verib.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Cənubi Dakota ştatında baş verib. Hadisə zamanı təyyarədə 12 nəfər olub. Onlardan 9-u qəza nəticəsində həlak olub.

Ölənlər arasında pilot və 2 azyaşlı da var.

Qəzanın başvermə səbəbi barədə məlumat verilmir.

ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurasının (NTSB) məlumatına görə, qəzaya uğrayan yüngül mühərrikli "Pilatus PC-12" təyyarəsidir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...