Modern.az

Koçaryanın oğlu siyasi partiya yaradır? – AÇIQLAMA

Koçaryanın oğlu siyasi partiya yaradır? – AÇIQLAMA

Dünya

3 Dekabr 2019, 15:07

“Siyasətdən danışmaq istəmirəm amma Ermənistanda payız doğurdan da “isti” keçib”.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın eks-prezidenti Robert Koçaryanın oğlu jurnalistlərlə ünsiyyəti zamanı atasının sözlərini şərh edərkən deyib.

Levon Koçaryan siyasi partiya yaratmaq planlarını təkzib edib. Həmçinin, o, Paşinyana müxalif “Vernatun” klubunun Koçaryan ailəsi tərəfindən maliyyələşməsi xəbərini də təkzib edib.

 

Bundan əvvəl, Robert Koçaryan payızda Ermənistanda ciddi siyasi proseslərin proqnozunu vermişdi.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...