Modern.az

Nazirlər Kabinetində yeni təyinat - Baş Nazirin köməkçisi rəis oldu

Nazirlər Kabinetində yeni təyinat - Baş Nazirin köməkçisi rəis oldu

3 Dekabr 2019, 16:00

Nazirlər Kabinetində yeni təyinat olub.


Modern.az xəbər verir ki, Baş Nazir Əli Əsədovun sərəncamı ilə Ələsgər Ələsgərov Baş Nazirin Katibliyinin rəisi təyin edilib.

Qeyd edək ki, Ələsgər Ələsgərov bu təyinatadək Baş Nazirin köməkçisi vəzifəsini tutub. O, bu il oktyabrın 23-də Azərbaycan Respublikası Baş Nazirinin köməkçisi vəzifəsinə təyin edilmişdi.


İndiyədək Baş Nazirin Katibliyinin rəisi Milli Məclisin deputatı İsa Həbibbəylinin oğlu Ərəstu Həbibbəyli olub.


Xatırladaq ki, dünən Nazirlər Kabineti Aparatının yeni strukturu təsdiqlənib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...