Modern.az

Universitet müəllimi - Şəhid atası vəfat etdi

Universitet müəllimi - Şəhid atası vəfat etdi

4 Dekabr 2019, 09:40

Sumqayıt Dövlət Universitetinin dosenti vəfat edib.


Modern.az xəbər verir ki, Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti Bəhram Məmmədli dekabrın 2-də vəfat edib.


Bəhram İdris oğlu Məmmədli 1946-cı ildə Füzuli rayonunun Böyük Pirəhmədli kəndində qulluqçu ailəsində anadan olub. 1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub. 1970-ci ildən 1981-ci ilə kimi pedaqoji fəaliyyətlə məşğul olub. 1981-ci ildə Füzuli rayon Tarix -diyarşünaslıq muzeyinin müdiri işləyib, 1986-cı ildə Azərbaycan Elmlər Akademiyasının Tarix institutunda “Azərbaycanda kəndlilərin maddi rifah halının və mədəni-texniki səviyyəsinin yüksəldilməsi uğrunda mübarizə 30-cu illərdə” mövzusunda dissertasiya işini müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsini alıb. 20-dən çox elmi məqalə və kitabın müəllifidir.


2003-ci ildən Sumqayıt Dövlət Universitetində Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti vəzifəsində işləyib, 2017-ci ildə Prezident İlham Əliyevin 2017-ci il noyabrın 12-də verdiyi sərəncamla “Əməkdar müəllim” fəxri adına layiq görülüb.


Ailəli idi, dörd övladı var. Övladlarından biri şəhid olub.


Allah rəhmət eləsin!

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi