Modern.az

ABŞ-da hərbi bazada atışma: 4 ölü

ABŞ-da hərbi bazada atışma: 4 ölü

6 Dekabr 2019, 21:24

ABŞ-da hərbi bazada atışma olub.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, naməlum şəxsin açdığı atəş nəticəsində ölən və yaralanan var.

Məlumata görə, Floridada yerləşən hərbi bazada açılan atəş nəticəsində qatil özü də daxil olmaqla ölənlərin sayı 4-ə çatıb.

Dairə şerifinin bildirdiyinə görə, hadisədən sonra xəstəxanaya yerləşdirilən səkkiz nəfər yaralıdan biri daha sonra keçinib.

Yaralılar arasında iki nəfər polisin olduğu bildirilir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp baş verənlərlə bağlı məlumatlandırılıb, Ağ Ev məsələni izləyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir