Arxiv
7 Dekabr 2019, 21:34 | MEDİA
Azərbaycan Nəşriyyatı: nasaz lift, çirkli dəhliz, üfunət - Jurnalistlər çıxış yolu axtarır

Azərbaycan Nəşriyyatının durumu uzun müddətdir müzakirə mövzusudur. Yüzlərlə media təmsilçisinin çalışdığı binanın təmirə ehtiyacı olduğu vurğulanır.  Jurnalistlər Azərbaycan Nəşriyyatının problemlərinin həlli yollarını Modern.az-la bölüşüb.


“Ədalət” qəzetinin redaktoru Nicat Rüstəmov Azərbaycan Nəşriyyatının ölkədə gedən inkişafdan geri qaldığını deyir:


“Təxminən 1996-cı ildən mən Azərbaycan nəşriyyatında işləyirəm. Çox təəssüf olsun ki, ömrümün 23 ili orada keçib. Azərbaycan Nəşriyyatı ölkədə gedən inkişafdan kənarda qalıb.Yəni inkişafın işıltısını nəşriyyatın binasında az da olsa görmək mümkün deyil. Bugünkü vəziyyətdə işıqlar sönəndə binada vəziyyət bərbad hala düşür, lift işləmir. Halbuki başqa binaların hamısında generator quraşdırılıb hər cür şərait var. Deyirlər “Mədəniyyət ayaqyolundan başlayır”. Amma Nəşriyyatın binasında elə kişi ayaqyolusu var ki, pəncərəsi belə yoxdur. Bu kimi problemlərin olmasını təkcə nəşriyyatın rəhbərliyi ilə də bağlamaq olmaz. Çünki fikrimcə illərdir ki, binanın təmiri üçün lazımi yerlərə müraciət olunub. Dövlət səviyyəsində pul ayrılmalıdır ki, bina mükəmməl şəkildə təmir olunsun.

Ölkədə bu qədər inzibati binaların tikildiyi bir vaxtda Azərbaycan Nəşriyyatının binası da bərpa edilməli, göz oxşamalıdır. Yadımdadır, mən nəşriyyatda işləməyə yeni gələndə kütləvi informasiya vasitələri durmadan artırdı. Binanın dəhlizində foyelər var idi ki, ümumi dəhlizin havalanmasını təmin edirdi. Sonradan yeni qəzetlərin yaradılması üçün o qədər müraciət daxil oldu ki, foyelər ləğv edildi. Tək bu məsələ deyil, binada istilik sistemi çox zəifdir, dəhliz, otaqların qızdırılması üçün lazımi şərait yoxdur. Bina ümumilikdə təmir edilməli, dünya standartlarına cavab verməlidir. İndi kimsə mənim iş yerimə gəlmək istəyəndə mən həqiqətən də utanıram, hansısa kafedə, işdən kənarda oturub çay içməyi, görüşməyi daha üstün tuturam. Binanın öz daxili imkanları hesabına  oranı təmir etmək mümkün deyil, dövlət dəstəyinin olması mütləqdir”.   

 

“Pravda.az”  saytının baş redaktoru İlkin Pirəli təklif edir ki, bina təmir edilsin və nəşriyyat üçün istifadə olunmayan hissəsi bütövlükdə hansısa şirkətə icarəyə verilsin:


“Xeyli zamandır, “Azərbaycan” nəşriyyatının adı neqativ məsələlərdə hallanır. Əsasən də orada reket mətbuatın nümayəndələrinin məskən saldığı iddia edilir. Mətbuatda belə məlumatlar kifayət qədərdir. Adı rəhbərindən başqa kiməsə məlum olmayan qəzet redaksiyalarının orada olması şübhə doğurmaya bilməz. Çünki orada ofislər daha ucuzdur, 150-200-250 manatdan başlayan qiymətlərdir. Düzdür, orada normal fəaliyyət göstərən qəzetlər, saytlar da var. Dediklərimi onlara aid etmək olmaz. Amma “Filan saytın ofisi “Azərbaycan” nəşriyyatındadır” deyəndə, avtomatik ağıla o gəlir ki, bəlkə reketliklə məşğuldur. Etiraf edək ki, oranın aurası çox mənfidir. Nəşriyyat Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan təşkilatlarındandır. Ona görə qərarı idarə verməlidir. Düşünürəm, təmir edilərək indiki iş rejimini saxlamaqla nəyəsə nail olmaq mümkün deyil. Orada normal fəaliyyət göstərən qəzetlərin də başqa yerə köçməsi üçün imkanları olmamış deyil”.

 

Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvü Niyaz Niftiyev binanın kompleks şəkildə təmir olunmasının vacibliyini vurğulayıb: 

“Sonuncu dəfə Azərbaycan Nəşriyyatında 1997-ci ildə - mətbuata ilk gələn vaxtlarda olmuşam. Hazırda binanın daxili vəziyyətinin nə yerdə olduğunu bilmirəm. Amma bayırdan ümumi görüntüsü və mətbuatda zaman-zaman yazılanlar belə deməyə əsas verir ki, bu binanın kompleks təmirə ehtiyacı var.   Arzu edərdim ki, Azərbaycan Nəşriyyatı təmir olunaraq əlçatan şərtlərlə KİV redaksiyalarının istifadəsinə verilsin. Əlbəttə, 15-20 il bundan əvvəlki dövrdən fərqli olaraq hazırda tələblər də dəyişib. Təmir zamanı daha çox media üçün zəruri olan kommunikasiya xətləri yüksək səviyyədə qurulusun. Bəzi internet media vasitələrinin videolayihələr həyata keçirdiklərini nəzərə alsaq, çəkiliş yerlərinin də yaradılmasına ehtiyac var. Hesab edirəm ki, Azərbaycan Nəşriyyatının binası kifayət qədər böyükdür, bu və ya digər işləri görməklə toplanan icarə haqları ilə gələcəkdə başqa yeniliklər də edə bilərlər”.

 

Aygün Muradxanlı Azərbaycan Nəşriyyatının binasının modernləşdirməyin bu sahənin inkişafına təkan verəcəyini bildirib:

“Azərbaycan Nəşriyyatı BDU-nun jurnalistika fakültəsinin məzunu kimi mənim də həyatımın bir parçasıdır. Biz yazıların qəzetə çevrilmə prosesini canlı olaraq ilk orda görmüşük, saysız jurnalist dostlarla o binada tanış olmuşuq, sayılan yazarların polemikalarını dinləmişik. Bu mənada həmin bina media əhli üçün əziz məkandır. Amma təəssüf ki, uzun illərdir bina baxımsız qalıb. Üstəlik hansısa səbəblərdən media prinsipləri ilə heç bir əlaqəsi olmayan, amma özünü mediaya yamayan bir çox qurumlar o binaya ayaq açıb. Bir zamanlar binadakı otaqların bu cür təşkilatlara kirayə verilməsini iqtisadi çətinliklərə bağlayırdılar. Sonrada onların sayəsində nəşriyyatda elə bərbad ortam yarandı ki, o məkanı əsas funksiyasına qaytarmaq üçün belə görünür, ciddi vəsaitə ehtiyac var. Bir neçə ölkənin media təcrübəsi ilə tanışam. Əsasən keçmiş Sovetlər Birliyi ölkələrində media qurumları ortaq məkanda yerləşirlər. Bu tendensiya da azalmaq üzrədir. Media biznesin bir növünə çevrildikcə mətbuat qurumlarının imkanları genişlənir, onlar özəl sektorda öz yerlərini tuturlar və müstəqil məkanlara daşınırlar. Qərb təcrübəsində isə media sahibkarlıq fəaliyyətinin əsas qollarındandır, böyük mediaholdinqlər yaranıb, onların nəinki müstəqil məkanları, çağdaş, mükəmməl nəşriyyatları da var. Azərbaycanda media dövlət yardımından yarıasılı durumdadır. Reklam bazarı və satış şəbəkəsi ilə bağlı problemlər medianın tam müstəqil quruma çevrilməsinin qarşısında səddir. Ona görə də indi o binanın əsaslı təmir edilib güzəştli şərtlərlə redaksiyalara verilməsi məqsədəuyğun olardı.Yeniliklərə gəlincə, nəşriyyatı modern avadanlıqla təmin olunmuş, çağın tələblərinə uyğun yenilənmiş məkan kimi görmək istərdim. Ordakı bəzi avadanlıqlar çoxdan muzey eksponatıdır. Azərbaycan nəhayət rəngli qəzet çağına daxil olmalıdır. 21-ci yüzil texnoloji yeniliklər əsridir, qəzet yerini elektron mediaya uduzur və zamanla sıradan çıxacaq kimi fikirlər ən azı ona görə reallıqdan uzaqdır ki, bu gün ən yüksək texnolojo uğurlar qazanan ölkələrdə qəzetlərin tirajı hər il artır.Azərbaycan Nəşriyyatının durumuna bu kontekstdən yanaşıb onu yenə də ölkənin çap mərkəzi kimi saxlamaq və modernləşdirmək bu sahənin inkişafına təkan verərdi”.

 

“Şərq” qəzetinin redaktoru Anar Bayramoğlu  Nəşriyyatın binasının quruluşuna toxunmadan restavrasiya etməyə ehtiyac olduğunu bildirib:

 

“Azərbaycan Nəşriyyatı səhv etmirəmsə ötən əsrin 70-ci illərində inşa olunub, çox da möhtəşəm arxitekturaya malik tikilidir. Təbii ki, 50 ilə yaxındır tikilmiş bir binanın əskikləri də olacaq. Mən özünü bloqqer adlandıran Ata Abdullayevin çəkdiyi kadrlara baxdım, necə təqdim etdiyini də izlədim. Amma açığını deyim ki, orada deyilənlər qədər də Nəşriyyat faciəvi şəkildə deyil. Məsələn lift köhnədir, sovet zamanından qalıb, amma Nəşriyyatın aidiyyatı şöbəsi lifti zaman-zaman təmir edir, saz vəziyyətdə saxlayır. 17 ildir ki, burada işləyirəm, 1-2 dəfə liftdə qalmışam. Yəni burada işləyənlərdən, icarəyə otaq götürüb redaksiya edən insanlardan da çox şey asılıdır. Məsələn olur ki, yaşadığımız binanın ən son model lifti də xarab olur. Sakinlər nəsə edirlər, xarab olur. Və yaxud da, ayaqyolu çirklidirsə, bunu biz özümüz edirik, təmiz saxlamırıq. Ya da dəhlizdə bir çirkli vedrə qoyulubsa, onu kimsə qoyub, Nəşriyyat direktoru qoymayıb ki?! Təbii ki, yenə deyirəm Nəşriyyatın əsaslı təmirinə ehtiyac var, bu danılmazdır. Amma faciəvi vəziyyət də yoxdur. Rəhbərlikdə günah 30 faizdirsə, 70 faiz də icarədarlardadır. Adi bir faktı deyim. Yaz aylarında bizim redaksiya yerləşən mərtəbədə ayaqyolu təmir olundu, çox acınacaqlı durumda idi. İndi təmirli ayaqyolu da natəmizdir. Hər səhər müşahidə etmişəm ki, təmiz olur, xadimə təmizləyir. Amma axşam yenə eyni vəziyyət yaranır. Demək problem başqadır.
Qaldı ki, oradan gələn gəlirin hara xərclənməsinə, onu mən deyə bilmərəm. Rəhbərliyinə sorğu göndərilər, onlar da aydınlaşdırarlar. Məlumatım yoxdur. Bu binada işləyən bir insan kimi deyə bilərəm ki, təmirə ehtiyac var. Həmçinin də icarədarların, burada işləyən insanların səliqəliliyinə, bir qədər də mədəniyyətinin yüksəlməsinə də ehtiyac var”.

 

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay binadakı gigiyenik vəziyyətin bərbad halda olduğunu qeyd edib:


“Doğma nəşriyyatımız xaricdən yeni çap avadanlığı alacağı haqda xəbər eşidəndə çox sevinmişdim. Deməli, bizim qəzetlərin də qəşəng, gözəl çap olunmaq şansı olacaqdı. Amma tutalım, qəzetlər gözəlləşdi, bəs bu qəzetlərdə çalışanların iş şəraiti necə? Bəs tualetlərin durumu necə? Deyək ki, bizim nəşriyyatda ayrı-ayrı mərtəbələrdə bəzək-düzəkli redaksiyalar da var, rəhbərlik də özünə qəşəng rezervasiyalar düzəldir, amma onların tualetləri də ayrıdır, açarları da özləri ilə gəzdirirlər. Bizim kimi gettolara sığınmışlar da ümumi, ictimai tualetlərdən istifadə etməyə məcburdurlar. Həmin sözü tez-tez işlətdiyimə görə üzr-zad istəmirəm. Yemək-içmək, nəfəs almaq və başqa şeylərlə bərabər bu da təbii, fizioloji prosesdir və bütün canlılar da özlərinin fizioloji tələblərini ödəyirlər. Özü də insanlar bu məkanda gigiyena tələblərinə əməl etmək məcburiyyətindədirlər. Əks halda min cür xəstəliyə yoluxa bilərlər. Yenə tutalım, özünə zor eləyib bu tualetdən istifadə eləmədin, birtəhər evə çatdırdın, bəs bu dəhşətli üfunətin içində necə işləyəsən? Əvvəl bizim mərtəbədə ancaq kişilər üçün tualet vardı. Elit təbəqə özlərinin ictimaisini açarladıqlarından deyindik, danışdıq, cibimizdən pul verdik , həmin görkəmli məkanı iki yerə böldülər. İndi birinin əvəzinə ikisinin qoxusu vurur dəhlizə. Bu qoxu da elə bir şeydi ki, rəhbərliklə proletariatı bir-birindən ayırmır. Amma görünən budur ki, kimsə narahat deyil. Hamıya xoşdur”.

 

İradə Tuncay əlavə edib ki, binanın dəhlizlərində bütün iylər bir-birinə qarışıb:

“Qonşu qəzetin hörmətli bir müxbiri axşamacan redaksiyanın otaqlarında bozbaş bişirir. Bu adamın da içində böyük bir kulinar potensialı yatır. Yemək bişirməyə başlayanda tualetin üfunəti ilə soğanın iyi qarışır bir-birinə. Sonra da yağlı qabları gedib həmin tualetin əl yuyan yerində yuyurlar. Yağ da bütün deşikləri tutur, çirkab qalır əl-üz yuyanda. Bu mənzərəni gözünüzün qabağına gətirin. Ya da çayı tökürlər tualetin içinə. Ay aman, sonra da həmin qablarda yemək yeyirlər. Həm də polisin də bu məkandan doğru-düzgün istifadə edəcəyi sual altındadır. Elit təbəqə ilə sadə xalqı mərtəbə-mərtəbə ayırmağın da xeyiri olmayacaq, qoxu-üfunət hər tərəfə yayılacaq. Bəlkə xaricdən birdəfəlik istifadə üçün tualetlər idxal edək? Yeni binada yeni avadanlıqlar və birdəfəlik tualetlər. Gözəl perspektivdi, deyilmi? Ya da yeni işə götürülən adamlara sorğu anketləri verilsin və ilk sual da belə olsun: "Evinizdə tualet görmüsənmi, tualetdən istifadə edə bilirsənmi ?”. İşıqlarımız yanır-sönür, kompüterlərimiz sıradan çıxır - dillənmirik, qışda soyuq olur, yayda isti - dillənmirik, heç bir şəraitimiz yoxdur - dillənmirik, amma vallah, bu üfunətin iyinə dözmək olmur”.

 

“Moderator.az” saytının baş redaktoru Zülfüqar Hüseynzadə binanın təkcə təmirə yox, həm də mənəvi-psixoloji cəhətdən sökülüb-yığılmağa ehtiyacının olduğunu bildirib:


“Binadakı tək-tük dostlarımız, sanballı media qurumları inciməsin, lakin oranın  90 faizi mətbuatın adına yaraşmayan adamlardır. Hətta mən o binanın qarşısından keçəndə özümü pis hiss edirəm, nəinki binaya daxil olanda. Son 2-3 ildir ki, həmin binaya getmirəm. Azərbaycan Nəşriyyatının binası haqqında məndə neqativ təəssüratın miqdarı o qədərdir ki, xoş söz deyə bilmirəm. Eyni zamanda əminəm ki, həmkarlarım da mənimlə eyni fikirdədir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Bu qələbə bizim üçün çox vacib idi” - “Neftçi”nin baş məşqçisi  20 Sentyabr 2020, 22:38 Dilqəm Əsgərovun oğluna 149 min manat ödəniləcək 20 Sentyabr 2020, 22:29 "Qarabağ" "Neftçi"yə məğlub oldu 20 Sentyabr 2020, 22:13 COVID-19 pandemiyasının bitəcəyi tarix açıqlandı 20 Sentyabr 2020, 21:53 Türkiyədə son sutkada 61 nəfər koronavirusdan öldü 20 Sentyabr 2020, 21:30 “Məğlubiyyətlər qaçılmazdır” - Rəşad Sadıqov 20 Sentyabr 2020, 21:16 Teledərslərin sabah üçün cədvəli açıqlandı 20 Sentyabr 2020, 21:04 Sosial şəbəkələrdə məşhurlaşan qazaxlı uşaq diviziyaya aparıldı - FOTOLAR 20 Sentyabr 2020, 20:54 ABŞ nüvə silahlarını Avropadan çıxarmaq istəmir 20 Sentyabr 2020, 20:39 Yol qəzası mərkəzi prospektdə tıxaca səbəb olub 20 Sentyabr 2020, 20:16 Ali məktəblərə ixtisas seçiminin MÜDDƏTİ uzadıldı 20 Sentyabr 2020, 20:01 “Siyasətlə bağlı fikirlərimiz çox haçalandı” - Deputat 20 Sentyabr 2020, 19:21 Azərbaycan Premyer Liqasının TƏQVİMİ 20 Sentyabr 2020, 18:36 Yeznə ov zamanı qaynını güllələyib 20 Sentyabr 2020, 18:01 Bəlkə də, azərbaycanlılar da kameram önündə soyunacaqlar” - Məşhur fotoqraf Azərbaycanda lüt könüllülər AXTARIR 20 Sentyabr 2020, 17:36 İcra nümayəndəsinin oğlu öz bacısını öldürdü - Bakıda dəhşətli HADİSƏ 20 Sentyabr 2020, 16:50 Bakıda tozun miqdarı normadan artıqdır - RƏSMİ 20 Sentyabr 2020, 16:29 Məşhur teleaparıcı vəfat etdi 20 Sentyabr 2020, 16:15 İlham Əliyevdən neftçilərə TƏBRİK 20 Sentyabr 2020, 15:44 Baş nazir müavini koronavirusdan öldü 20 Sentyabr 2020, 15:34 Fazil Mustafa: “Bu, Mədəniyyət komitəsi tərəfindən hazırlanacaq sənəd deyil” 20 Sentyabr 2020, 15:31 Gürcüstanda və Ermənistanda da koronaviruslu xəstələrin sayı artıb 20 Sentyabr 2020, 15:27 Azərbaycanda koronavirusla bağlı son statistika: 146 yoluxma, 154 sağalma 20 Sentyabr 2020, 15:16 Etibar Əliyev xanım deputatı müdafiə etdi 20 Sentyabr 2020, 14:36 Bakcell neftçiləri təbrik etdi 20 Sentyabr 2020, 13:53 Kimlər təhsil haqqı ödəməkdən azaddırlar? - SİYAHI 20 Sentyabr 2020, 13:45 Qarabağ icmasının sədri: “Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir” 20 Sentyabr 2020, 13:08 Qaret Beyl yenidən “Tottenhem”də 20 Sentyabr 2020, 12:51 Koronavirusla Mübarizə Fonduna yığılan vəsait artıb - Ən çox pul KÖÇÜRƏNLƏR 20 Sentyabr 2020, 12:46 Sabahın hava PROQNOZU 20 Sentyabr 2020, 12:45 Sosial şəbəkələrdə böyük izləyici kütləsi toplayan qazaxlı uşaq - FOTO 20 Sentyabr 2020, 11:45 Bakıda yoluxmaya görə öndə gedən rayonlar... - SİYAHI 20 Sentyabr 2020, 11:36 Koronavirusla bağlı 8 peyvənd sınaqların sonuncu mərhələsindədir   20 Sentyabr 2020, 11:15 Azərbaycanda yaş, cins bölgüsü üzrə virusa yoluxma, sağalma və ölüm... 20 Sentyabr 2020, 10:52 Bir şəklin tarixçəsi - Azərbaycanın 3 prezidenti və Ramiz Mehdiyev... 20 Sentyabr 2020, 10:43