Arxiv
12 Dekabr 2019, 00:00 | ÖLKƏ
Əbədiyyətə Azərbaycan yazan lider - anım günüVİDEO

Dekabrın 12-si dünya şöhrətli siyasi xadim, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin anım günüdür, onun vəfatının 16 ili tamam olur.

 
Modern.az  Heydər Əliyevin keçdiyi həyat yoluna qısa nəzər salır:

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.


1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.


Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.

Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.


1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev, iyulun 24-də parlamentin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçilib.


O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.


ABŞ-ın Klivlend klinikasında uzun müddət müalicə olunan ümummilli lider 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lerikdə 20 yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib - FOTO 20 Yanvar 2020, 18:56 Oğurluq üstündə saxlanıldı - başqa cinayətlərinin üstü açıldı 20 Yanvar 2020, 18:01 İqbal Məmmədov Lerikdə şəhid ailələri və Qarabağ əlilləri ilə görüşüb - FOTO 20 Yanvar 2020, 17:50 Ziyafət Əsgərov Lənkəranda şəhid ailələrinin problemləri ilə maraqlanıb - FOTO 20 Yanvar 2020, 17:40 İcra başçısı şəhid ailəsinə baş çəkdi - FOTO 20 Yanvar 2020, 17:30 Çexiya Senatının spikeri vəfat etdi 20 Yanvar 2020, 17:20 Ziyafət Əsgərov və Hadı Rəcəbli Lənkəranda 20 Yanvar şəhidlərinin abidəsini ziyarət ediblər  20 Yanvar 2020, 17:08 Siqaret çəkən futbolçular millimizin heyətindən qovuldu 20 Yanvar 2020, 17:00 Fransa səfiri Azərbaycan xalqına başsağlığı verib 20 Yanvar 2020, 16:52 Rus generalı 20 yanvar qırğınından YAZIB: “Xalq Cəbhəsinin dəniz vağzalındakı mərkəzini tutduq” 20 Yanvar 2020, 16:45 “Unutmadıq, unutmarıq!” - AzTV-nin şəhidlərimizə həsr etdiyi videoçarx 20 Yanvar 2020, 16:37 Axısxa türkü olan “Azərbaycan bayrağı” ordenli döyüşçü ölüm ayağındadır 20 Yanvar 2020, 16:29 Sarkisyanın cinayət işi ilə bağlı materiallar prokurorluğa GÖNDƏRİLDİ 20 Yanvar 2020, 16:20 BBC-nin baş direktoru istefaya gedir 20 Yanvar 2020, 16:11 Məşhur Məmmədov Şəhidlər xiyabanını ziyarət edib 20 Yanvar 2020, 16:03 Lavrovdan Liviya AÇIQLAMASI 20 Yanvar 2020, 15:55 Azərbaycanda ana və üç övladı itkin düşdü - FOTO 20 Yanvar 2020, 15:48 Mövlud Çavuşoğludan 20 Yanvarla bağlı paylaşım - FOTO 20 Yanvar 2020, 15:40 Deputatlığa namizədlərin təbliğat fotoları: Niyə əksəriyyət “əliqoynunda” dayanır 20 Yanvar 2020, 15:32 "Fitch" Azərbaycan üzrə reytinqi təsdiqləyib 20 Yanvar 2020, 15:24 Bir gündə 20 cinayətkar tutuldu 20 Yanvar 2020, 15:17 Meyxanaçının bacısı oğlunun intiharı ilə bağlı cinayət işi başladı 20 Yanvar 2020, 15:10 Baş prokuror istefa verdi 20 Yanvar 2020, 15:02 Azərbaycanda kişi küçədə soyuqdan donaraq öldü 20 Yanvar 2020, 14:55 Sumqayıtda qəzaya düşən 7 tibb işçisindən XƏBƏR VAR 20 Yanvar 2020, 14:47 Deputatlığa namizəd Rövşən Sadıxov Bərdədə Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR 20 Yanvar 2020, 14:40 Məşhur rus generalı 20 yanvarda Bakını necə işğal etməsindən YAZIB 20 Yanvar 2020, 14:33 ABŞ səfiri 20 Yanvar qurbanlarının xatirəsini anıb - FOTO 20 Yanvar 2020, 14:24 "Qoca"nın qardaşı həbs olundu - FOTO 20 Yanvar 2020, 14:15 Türkiyənin Azərbaycandakı səfirliyinin bayrağı endirilib 20 Yanvar 2020, 14:09 Gəncədə ümumşəhər tədbiri keçirilib - FOTO 20 Yanvar 2020, 14:03 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi yad edildi - FOTO 20 Yanvar 2020, 13:54 Ziyafət Əsgərov və Hadi Rəcəbli  Şəhidlər xiyabanını ziyarət ediblər - FOTOLAR 20 Yanvar 2020, 13:46 “Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs SAXLANILDI 20 Yanvar 2020, 13:38 Hacıqabulda ümumrayon tədbiri keçirilib - FOTO 20 Yanvar 2020, 13:30
SORĞU Yeni parlamentdə kimlər olsun?