Arxiv
12 Dekabr 2019, 18:29 | AKTUAL
Həştərxanın qubernatoru Nərimanovda olub

Rusiya Federasiyasının Həştərxan vilayətinin Qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyəti 12 dekabr 2019-cu il tarixində ölkəmizə işgüzar səfərə gəlib.

 

Modern.az xəbər verir ki, nümayəndə heyəti Nərimanov Rayon İcra Hakimiyyətində olub, icra başçısı Abdin Fərzəliyevlə görüşüb.

 

Görüş zamanı ölkələrimiz arasında tarixi köklərə söykənən dostluq münasibətlərindən danışılmış, dövlətimiz tərəfindən Həştərxan şəhərində həyata keçirilmiş və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyi vurğulanaraq, qeyd olunub ki, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş sıx dostluq və əməkdaşlıq əlaqələri bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daha yüksək səviyyəyə çatdırılıb. Hazırda Azərbaycanla Rusiya arasında əməkdaşlıq genişmiqyaslıdır. İki dövlət bir-birinə ən yaxın dəstəyi göstərməklə, iqtisadiyyatdan siyasətə, humanitar əməkdaşlıqdan mədəniyyətədək bütün sahələrdə səmərəli əlaqələr qurubdur.

 

Görüşdə Heydər Əliyev Fondunun təşəbbüsü  və dəstəyi ilə inşa edilmiş, 2018-ci ilin  may ayında açılışı olmuş, Azərbaycanda  istehsal olnan məhsulların Rusiya ərazisində, xüsusilə də Rusiyanın cənub bölgəsində yayılmasına, eləcə də iş adamları arasında əlaqələrin genişlənməsinə imkan verən Azərbaycan İş Mərkəzinin fəaliyyəti barədə də danışılıb. Görüş zamanı həmçinin eyni layihənin - Həştərxan İş Mərkəzinin Bakı şəhərində inşasında gedən tamamlanma işləri ilə bağlı bir sıra məsələlər də müzakirə edilib.

 

Abdin Fərzəliyev Azərbaycanla Rusiya, o cümlədən Həştərxan vilayəti  arasındakı dostluq münasibətlərinin bundan sonra da yüksələn templə inkişaf edəcəyini vurğulayıb.

 

Eyni zamanda görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

Sonda, Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru cənab İqor Babuşkin qəbula və xoş sözlərə görə, eləcə də  nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirərək ölkəmizə səfərinin onlarda dərin təəssürat yaratdığını deyib. Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyən İqor Babuşkin mövcud dostluq və əməkdaşlıq əlaqələrinin bundan sonra da uğurla davam edəcəyinə və genişlənəcəyinə əminliyini ifadə edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Putin özünə 2 yeni köməkçi təyin etdi 24 Yanvar 2020, 11:05 Məktəblilərimiz beynəlxalq idman yarışlarında uğur qazandılar - FOTO 24 Yanvar 2020, 10:52 Şimal bölgəsində temperatur mənfi 17 dərəcəyədək enib 24 Yanvar 2020, 10:45 Bakıda polis əməliyyat keçirdi - Saxlanılanlar var 24 Yanvar 2020, 10:38 İlham İsmayıla ağır itki üz verdi 24 Yanvar 2020, 10:35 Koronavirusdan ölənlərin sayı artır 24 Yanvar 2020, 10:31 Kamran Bayramov yenidən seçicilərlə bir arada - FOTOLAR 24 Yanvar 2020, 10:25 Qarabağda erməni hərbçiləri arasında ATIŞMA: 2 yaralı 24 Yanvar 2020, 10:20 Bu marşrut xətti də karta keçdi 24 Yanvar 2020, 10:15 Bu xidmətindən yararlanan şəxslərin 36 faizi boşanmaqdan imtina edib - RƏSMİ 24 Yanvar 2020, 10:11 Jalə Əliyeva Zərdabda seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR 24 Yanvar 2020, 10:06 Xırdalan susuz qalacaq   24 Yanvar 2020, 10:00 Azərbaycanda üstünlük verilən AVTOMOBİLLƏR 24 Yanvar 2020, 09:54 Novruz Aslanov daha 6 kənddə seçicilərlə görüşdü - FOTOLAR 24 Yanvar 2020, 09:51 Ermənilərin "Mistik Ölkəm - Aran" filminin Moskvada təqdimatı təxirə salındı 24 Yanvar 2020, 09:47 Nərminin qətlində təqsirləndirilən şəxs barədə QƏRAR VERİLDİ 24 Yanvar 2020, 09:42 Polis məktəblərdə uşaq oğurlamaq istəyən qadını AXTARIR - FOTO 24 Yanvar 2020, 09:36 Daxili işlər nazirinin adından istifadə edən şəxs həbs OLUNDU 24 Yanvar 2020, 09:30 ONLAR KİMƏ SƏS VERƏCƏKLƏR 24 Yanvar 2020, 09:25 Bir gündə 43 cinayətkar tutuldu 24 Yanvar 2020, 09:18 Abay Kunanbayevin “Qara söz”ü Modern.az-da - Altıncı söz 24 Yanvar 2020, 09:12 Cəbhədə təxribat - Ermənilər snayperləri işə saldılar 24 Yanvar 2020, 09:06 Yeni parlamentdən Qarabağ gözləntiləri: Fraksiya, işğal haqqında qanun, savadlı gənclər və ... 24 Yanvar 2020, 09:00 Bu ölkədə əhalinin sayı sürətlə azalır 24 Yanvar 2020, 08:48 Argentinada güclü zəlzələ olub 24 Yanvar 2020, 08:20 Tramp Netanyahunu qəbul edəcək 24 Yanvar 2020, 08:06 Abşeronda avtomobil iki şagirdi vurdu - FOTO, VİDEO 24 Yanvar 2020, 01:03 Avropa İttifaqı Ukraynadan quş ətinin ixracını dayandırıb 24 Yanvar 2020, 00:49 Dəhşətli virus daha üç ölkədə aşkarlandı 24 Yanvar 2020, 00:32 Bakıda Hindistanın milli bayramı qeyd edilib 23 Yanvar 2020, 23:57 2030-cu İL ZUKERBERGİN GÖZÜ İLƏ - REKTOR YAZIR 23 Yanvar 2020, 23:42 ABŞ İrana qarşı sanksiyalarını genişləndirib 23 Yanvar 2020, 23:26 Leyla Əliyeva bacısını ad günü münasibətilə təbrik etdi - VİDEO 23 Yanvar 2020, 23:11 Ziyad Səmədzadə seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR 23 Yanvar 2020, 22:56 Azay Quliyev 6-cı mikrorayonda seçicilərlə görüşdü - FOTOLAR 23 Yanvar 2020, 22:45
SORĞU Yeni parlamentdə kimlər olsun?