Arxiv
17 Dekabr 2019, 16:06 | MEDİA
ANS televiziyası bərpa olunur? - Mais Məmmədovdan AÇIQLAMA

Bağlanan ANS televiziyasının bərpa olunacağı haqqında iddialar ortaya atılıb.

 

Modern.az xəbər verir ki, ANS ÇM radiosunun tezliyi 102 FM-ə lisenziya verilməsi üçün elan edilmiş müsabiqə başa çatıb. 102 FM-ə görə rəqabət güclü olduğu üçün bu hadisə bir aydır ölkə gündəmini məşğul edib. Belə bir məqamda isə yeni iddialar ortaya atılır. Əksəriyyət düşünür ki, ANS ÇM radiosunun tezliyi keçmiş ANS rəhbərliyinə qaytarılacaq və bununla bərabər ANS telekanalı da bərpa olunacaq.

 

Bu iddiaların əsaslı olub-olmadığını dəqiqləşdirmək üçün ANS Şirkətlər Qrupu MMC-nin ictimai əlaqələr üzrə baş müşaviri Mais Məmmədovla əlaqə saxladıq. O, Modern.az-a açıqlamasında iddiaları təkzib etdi:

 

“Biz hələlik radionun Çingiz Mustafayevin adında saxlanmasına çalışırıq. Milli Televiziya və Radio Şurası bir fəndə əl atıb. Belə ki, qurum elan etdiyi müsabiqədə 102 FM yerinə 102.1 FM-i satmaq qərarına gəlib. Nəyə görə belə ediblər, Allah bilir. Biz istəyirik, 102 FM-i yenidən bərpa edək. Çünki bu yeganə radiodur ki, Milli Qəhrəmanın adını daşıyır. Məgər bizə Milli Qəhrəman lazım deyil? Belə görünür ki, 102 FM heç zaman işləməyəcək.

ANS televiziyasının yenidən fəaliyyətə başlayacağı haqqında iddialar əsassızdır. Hazırda televiziyanın açılmasından söhbət getmir. Televiziyanı elə günə salıblar ki…”.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının qəbul etdiyi qərara əsasən, "ANS Müstəqil Yayım və Media" Şirkətinin yayımı 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən dayandırılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Dövlət hər ailəyə pul ayırır ki, evdən çölə çıxmasın” - MÜSAHİBƏ 9 Aprel 2020, 08:51 Koronavirus infeksiyalarını bloklayan süni virus yaradılıb 9 Aprel 2020, 00:57 Fransada koronavirusdan ölənlərin sayı 10 869-a çatdı 9 Aprel 2020, 00:36 Prezidentinin oğlu koronavirusa yoluxdu 9 Aprel 2020, 00:16 Koronavirusla mübarizə üçün Ukraynaya 190 milyon avro ayırıldı 9 Aprel 2020, 00:03 Bu gün 3018 nəfər koronavirus testindən keçirilib - TƏBİB 8 Aprel 2020, 23:46 Neft 34 dollaradək bahalaşdı 8 Aprel 2020, 23:28 Yaponiyada COVİD-19 ilə bağlı rekord göstərici qeydə alındı 8 Aprel 2020, 23:15 Əkrəm İmamoğlunu ölümlə hədələyən şəxs tutuldu 8 Aprel 2020, 22:59 Bu ölkədə 4072 nəfər koronavirusa yoluxdu 8 Aprel 2020, 22:44 Azərbaycanlı diaspor rəhbəri koronavirusa yoluxdu 8 Aprel 2020, 22:27 Koronavirusla bağlı daha bir kəşfiyyat məlumatı üzə çıxdı 8 Aprel 2020, 22:14 ABŞ-da koronavirusa yoluxanların sayı 401 166 nəfərə çatdı 8 Aprel 2020, 22:01 Qənirə Paşayevanın seçicilərinə 3 min maska hədiyyə edildi 8 Aprel 2020, 21:55 Göyçayda üç avtomobil toqquşdu: xəsarət alanlar var 8 Aprel 2020, 21:45 Heydər Əliyev Mərkəzindən İtaliyaya həmrəylik nümayişi 8 Aprel 2020, 21:33 Türkiyədə koronavirusdan ölənlərin sayı 812-yə çatdı 8 Aprel 2020, 21:16 İtaliyada koronavirusdan REKORD sayda sağalma 8 Aprel 2020, 20:59 Britaniyada daha 938 nəfər koronavirusdan öldü 8 Aprel 2020, 20:45 İrandan koronavirusla mübarizədə dəstəyə görə Azərbaycana təşəkkür 8 Aprel 2020, 20:29 Koronavirusa görə GPS peykinin buraxılışını təxirə salındı 8 Aprel 2020, 20:17 Siyasətçi bu səbəbdən prezident olmayacaq 8 Aprel 2020, 20:01 ÜST: Koronavirusun nə zaman bitəcəyini bilmirik 8 Aprel 2020, 19:50 Bakıda “Toyota” ilə “KamAZ” toqquşub:  yaralanan var 8 Aprel 2020, 19:41 “AzərGold” xaricə qızıl satışını dayandırıb 8 Aprel 2020, 19:33 Şəxsiyyət vəsiqəsinin müddəti bitən şəxslərin NƏZƏRİNƏ 8 Aprel 2020, 19:25 Nazirlər Kabinetinin rəsmisi: “Adamlara pul paylansa, daha çox insan işsiz qalacaq” 8 Aprel 2020, 19:17 Maliyyə yardımı kimlərə şamil olunacaq? - Nazir: “Minimal məbləğ 250 manat...” 8 Aprel 2020, 19:11 İbrahim Məmmədov: “Düşmən ölkələr koronavirusla bağlı şayiələr yayırlar” 8 Aprel 2020, 19:01 Azərbsaycanda 82 yaşlı şəxs koronavirusdan sağalıb 8 Aprel 2020, 18:53 Azərbaycanda koronavirusa yoluxma ilə bağlı qırmızı zona yoxdur – Operativ Qərargah 8 Aprel 2020, 18:51 İşdən çıxarılan məmur baş naziri sərt tənqid etdi 8 Aprel 2020, 18:46 UNEC aliminin koronavirus barədə araşdırması apardı 8 Aprel 2020, 18:38 Bakıda piyadanı vurub öldürən sürücü tutuldu 8 Aprel 2020, 18:31 Dövlət Agentliyindən icaze.e-gov.az portalı ilə bağlı XƏBƏRDARLIQ 8 Aprel 2020, 18:28