Arxiv
26 Dekabr 2019, 17:10 | DİASPOR
Almaniyada “Azərbaycan evləri” – “Həmrəylik evləri” - FOTOLAR

“Almaniyanın iki böyük şəhərində Azərbaycan evinin açılması çox əlamətdar hadisədir. Belə bir evin açılmasının müsbət tərəfləri var. Hesab edirəm ki, Almaniyada yaşayan azərbaycanlıların bir araya gəlməsi üçün bunun çox mühüm əhəmiyyəti olacaq”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında  Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Yaşar Musayev Almaniyada açılan Azərbaycan evinin  əhəmiyyətindən danışarkən deyib.

 

Onun sözlərinə görə, Almaniyanın iki böyük şəhərində Azərbaycan evinin açılması bir çox sahələrə müsbət təsir göstərəcək:

 

“Almaniyada çoxlu soydaşlarımız və həmvətənlərimiz yaşayır. O baxımdan hər bir azərbaycanlı üçün həm Kölndə, həm də Berlində doğma ocağın açılması çox yaxşı haldır. İnanırıq ki, azərbaycanlıların  yenidən nəinki diaspor fəaliyyətində, eləcə də Azərbaycançılıq ideyası ətrafında birləşməsinə çox böyük dəstək olacaq. Azərbaycan diasporunun fəaliyyəti son bir ildə çox şəffaf və təmənnasız fəaliyyət istiqamətlərini qurub. Bu işdə biz Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq şəraitində çalışırıq ki, burada olan bütün soydaşlarımıza kömək göstərək. Bu addım bütün azərbaycanlıların Almaniyada yenidən təşkilatlanmasına müsbət təsir göstərəcək”.

 

Qeyd edək ki, xaricdə yaşayan soydaşlarımızın birliyi üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan evlərindən daha biri 25 dekabrda Almaniyanın Köln şəhərində açılıb.

 

Modern.az-ın məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə Komitənin Strateji Yol Xəritəsinə uyğun olaraq yaradılan Köln Azərbaycan evi soydaşlarımızın istifadəsinə verilib.

 

Kölndəki Azərbaycan evi də digər şəhərlərdə olduğu kimi, soydaşlarımızla yanaşı Azərbaycan dövlətini və xalqını sevən, milli maraqlarımıza hörmətlə yanaşan hər kəs üçün açıq bir müzakirə məkanı, görüş yeridir.  

 

Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti, Azərbaycanın Almaniyadakı səfirliyinin nümayəndələri, Almaniya Azərbaycanlıları Alyansının üzvləri, diaspor fəalları, soydaşlarımız, ictimaiyyət və KİV nümayəndələri iştirak edib. 

 

Tədbirdə çıxış edənlər Azərbaycan evlərinin əhəmiyyətindən danışıb, bu evlərin soydaşlarımızın birliyi, birgə fəaliyyət göstərməsi üçün xüsusi önəm kəsb etdiyini vurğulayıblar.

 

Tədbir Azərbaycan musiqilərindən ibarət konsert proqramı ilə davam edib. 

 

Xatırladaq ki, Almaniyada daha bir Azərbaycan evi 24 dekabrda Berlin şəhərində açılıb.

 

Namidə BİNGÖL

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Elmar Qasımov İstanbulda beynəlxalq tədbirə qatılıb 27 Fevral 2020, 11:46 Dövlət Turizm Agentliyi: “Koronavirus bazarımıza mənfi təsir edəcək” 27 Fevral 2020, 11:44 Azərbaycanda hotellərə ulduzların verilmə qaydası AÇIQLANDI 27 Fevral 2020, 11:38 Bu gündən növbəti “DOST xonçası” aksiyasına başlanır 27 Fevral 2020, 11:37 Heydər Əliyev Fondu sabiq icra başçısının gəlinin müalicəsini öz uzərinə götürdü 27 Fevral 2020, 11:34 Bilet əldə etmək ova icazə verilməsi demək deyil - NAZİRLİK 27 Fevral 2020, 11:28 Polis “Əmioğlu”nu həbs etdi - FOTO 27 Fevral 2020, 11:23 DSX-dən Azərbaycan-Gürcüstan sərhədinin bağlanması xəbərinə REAKSİYA 27 Fevral 2020, 11:18 Bir gündə yol qəzalarında 5 nəfər öldü - RƏSMİ 27 Fevral 2020, 11:14 Xocalıya görə təzminat: Hərbi Prokurorluq fərdi müraciəti məsləhət görür 27 Fevral 2020, 11:09 “Azərbaycan-Gürcüstan sərhədi bağlanmayıb” - Gömrük Komitəsi 27 Fevral 2020, 11:04 ““BakıKart” terminallarından “pulxırdalama” aparatı kimi istifadə oluna bilər”  27 Fevral 2020, 10:57 Gürcüstanda 4 Azərbaycan vətəndaşı koronavirus şübhəsilə nəzarətə GÖTÜRÜLDÜ 27 Fevral 2020, 10:55 Nazir Xətainin Bakıdakı heykəlinin köçürülməsindən DANIŞDI 27 Fevral 2020, 10:51 Gürcüstanda koronavirus tapılan şəxslə bağlı Nazirlikdən rəsmi AÇIQLAMA 27 Fevral 2020, 10:45 Bakı-Gürcüstan avtobuslarının gediş-gəliş dayandırılıb? - RƏSMİ 27 Fevral 2020, 10:39 Kapital Bank yenilənən Siyəzən filialını istifadəyə verdi 27 Fevral 2020, 10:32 Sabah Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclası keçiriləcək 27 Fevral 2020, 10:26 Səudiyyə Ərəbistan Ümrə ziyarətini dayandırdı 27 Fevral 2020, 10:23 ÜST: Koronavirusdan 2761 nəfər ölüb 27 Fevral 2020, 10:18 ABŞ Konqresində Xocalı soyqırımı qurbanları yad edildi - FOTO 27 Fevral 2020, 10:15 Bakıda kütləvi dava: Yaralılar var 27 Fevral 2020, 10:14 Gürcüstan Azərbaycana gediş-gəlişi qismən məhdudlaşdırdı 27 Fevral 2020, 10:11 Azərbaycanda yeni doğulan buzova görə 100 manat verilir – MÜSAHİBƏ 27 Fevral 2020, 10:06 Danimarkada da koronavirus aşkarlandı 27 Fevral 2020, 10:04 UNEC-in Zaqatala filialında yenilik 27 Fevral 2020, 10:04 Bakı polisi bir gündə 20 nəfəri saxladı 27 Fevral 2020, 10:01 Azərbaycan və Türkiyə nümayəndə heyətləri arasında görüş keçirilib 27 Fevral 2020, 09:57 “Xaçmaz” Elektrik Stansiyasının “itirilmiş” gücü bərpa edildi - VİDEO 27 Fevral 2020, 09:50 Azərbaycan Sarkisyan və Koçaryanı beynəlxalq axtarışa verə bilər - RƏSMİ 27 Fevral 2020, 09:45 “Yuventus” və “Real” məğlub oldu - Çempionlar Liqası 27 Fevral 2020, 09:40 Məktəblərdə tədris müddəti dəyişə bilər? - QƏRAR 27 Fevral 2020, 09:36 Çindən kənarda koronavirusa yoluxanların sayı 3000-ə çatdı 27 Fevral 2020, 09:30 Düşmən kəndlərimizi atəşə tutdu 27 Fevral 2020, 09:26 Şirvanda ər arvadını yataq otağında amansızcasına qətlə yetirdi 27 Fevral 2020, 09:22