Modern.az

2019-cu ili 6,2 milyard dollar qazancla başa vuran azərbaycanlı...

2019-cu ili 6,2 milyard dollar qazancla başa vuran azərbaycanlı...

İqtisadiyyat

30 Dekabr 2019, 14:25

ABŞ-ın nüfuzlu “Bloomberg” agentliyi 2019-cu ildə Rusiya milyarderlərinin əldə etdiyi sərvətdən danışıb.

 

Modern.az agentliyə istinadən xəbər verir ki, 2019-cu ilin ən düşərli olduğu şəxs “Nornikel” holdinqinin sahibi Vladimir Potanini olub. O geridə qoyacağımız ildə sərvətinə 8,5 milyard dollar əlavə edib. Bununla da, onun sərvəti 28,2 milyard dollara çatıb.

Ən çox varlanan 2-ci rusiyalı iş adamı isə Azərbaycan əsilli Vahid Ələkbərovdur. “Lukoyl” şirkətinin prezidenti cari ildə 6,2 milyard dollar əldə edib. Hazırda dünyanın ən zəngin azərbaycanlısı sayılan Ələkbərov 2019-cu ilin dekabrı üçün 22,3 milyard dollar sərvətə malikdir.

 

NOVATEK-in həmtəsisçisi Leonid Mixelson isə 5,2 milyard dollar varlanıb. Onun ümumi sərvəti 24,6 milyard dollara çatıb. Həmin NOVATEK şirkətinin digər səhmdarı Qennadi Timçenko isə 4,3 milyard dollar varlanaraq 18,2 milyard dolların sahibinə çevrilib. 2019-cu ildə ən çox qazanan iş adamlarının ilk “beşliyi”ni NLMK direktorlar şurasının sədri Vladimir Lisin qapadır. O 3,5 milyard dollar qazanaraq 21,3 milyardlıq sərvət sahibi olub.     

 

 

 

 

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir