Modern.az

Mobil telefonları gizli şəkildə ölkəyə keçirmək istədi, tutuldu

Mobil telefonları gizli şəkildə ölkəyə keçirmək istədi, tutuldu

30 Dekabr 2019, 19:40

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonları Azərbaycan Respublikasının gömrük sərhədindən gizlətməklə və bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.

 

Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı "Yaşıl kanal" buraxılış sistemindən istifadə edərək gömrük nəzarətindən keçərkən saxlanılıb. Yoxlama zamanı sərnişindən gömrük nəzarətinə bəyan olunmayan və gizlədilən,hər biri şəffaf sellofana bükülü 7 ədəd "İphone 11 Pro" və 2 ədəd "İphone XS" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...