Arxiv
3 Yanvar 2020, 16:52 | QARABAĞ
Türkiyə Qarabağa niyə qoşun yeritmir? - Türk millət vəkili AÇIQLADI

Xəbər verdiyimiz kimi, yanvarın 2-də Türkiyə Böyük Millət Məclisində Liviyaya əsgər göndərilməsi ilə bağlı qanun layihəsi müzakirə olunaraq qəbul edilib.

 

Müzakirələr zamanı  İYİ Partiyadan olan millət vəkili Aytun Çıray çıxış edərək sənədi kəskin tənqid edib. Liviyaya əsgər göndərilməsinə etiraz edən millət vəkili Qarabağın işğal altında olmasını xatırladıb:

“Qardaş Azərbaycan torpaqlarının 20 faizi tam qanunsuz olaraq işğal altındadır. Haydı, qalxın, gedək, oranı qurtaraq. Niyə etmirsiniz?”

 

Qeyd edək ki, Aytun Çırayın Qarabağla bağlı qaldırdığı məsələ cavabsız qalıb.

 

Modern.az İYİ Partiya təmsilçisinin təklifi ilə bağlı Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrımın fikirlərini öyrənib.

 

Türkiyəli deputat ölkəsinin hər zaman Azərbaycana dəstək olduğunu qeyd edib:

 

“Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bunu dünya-aləm bilir. Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bir gün Azərbaycana getməyə ehtiyac olsa, Türkiyə Azərbaycanın yanında olacaq. Onsuz da bizim əlaqələrimiz ən yaxşı şəkildə davam edir. Azərbaycan bizim canımız, qanımızdır. Qarabağ bizim də, 82 milyon türkün də qanayan yarasıdır. O baxımdan, təbii ki, Azərbaycanın bayrağı sonsuza qədər dalğalanacaq”.

 

Şamil Ayrım onu da vurğulayıb ki, Türkiyə Qarabağ məsələsinin sülh yolu ilə həll olunmasını istəyir.

“Əlbəttə, belə bir şey olsa, azərbaycanlı qardaşlarımızın yanında yer alacağımızı dünya-aləm bilir. Amma biz rəhmətlik Atatürkün dediyi kimi, bu işin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. “Yurdda sülh, cahanda sülh!” prinsipi ilə heç bir gəncimizin, heç bir insanımızın burnunun qanamasını istəmirik. Amma yenə də deyirəm, şərtlər başqa cür olsa, Türkiyə Azərbaycanın yanındadır”, - deyə millət vəkili bildirib.

 

Əfsənə ŞƏRİF

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İrandakı zəlzələ Naxçıvanda da hiss edilib 23 Fevral 2020, 11:28 Ümumavropa Qarabağ Mitinqi məqsədinə çatdı: “İnsanların sayı çox idi...meydana yerləşə bilmirdik” 23 Fevral 2020, 11:05 İranda güclü zəlzələ olub 23 Fevral 2020, 10:44 Atəşkəs iriçaplı pulemyotlarla 21 dəfə pozuldu 23 Fevral 2020, 10:29 İlham Əliyevin İtaliyaya səfəri başa çatdı - FOTO 23 Fevral 2020, 00:46 Sumqayıtda uşaq dəm qazından boğularaq ölüb 23 Fevral 2020, 00:36 İlham Əliyev  Mehriban Əliyeva ilə birlikdə Müqəddəs Pyotr Kilsəsi ilə tanış oldular - FOTOLAR 23 Fevral 2020, 00:17 Azərbaycana 60 min kiloqram qurban əti göndərildi   23 Fevral 2020, 00:06 Bakıda "Niva"dan düşüb bir nəfəri güllələdilər 22 Fevral 2020, 23:47 Daha  bir ölkədə koronavirus həyəcanı 22 Fevral 2020, 23:39 “Ermənistan regionda destruktiv siyasət yürüdür” - İlham Əliyev 22 Fevral 2020, 23:21 Koronavirusun dünyaya yayılma sürəti artıb 22 Fevral 2020, 23:16 Prezident Vatikanda Papa Fransisk ilə görüşdü - YENİLƏNİB 22 Fevral 2020, 22:57 Sumqayıtda 36 yaşlı şəxsin meyiti tapıldı 22 Fevral 2020, 22:44 Haftarın yüzə yaxın əsgəri məhv edilib 22 Fevral 2020, 22:30 "Patriot" sistemləri yenidən Türkiyədə 22 Fevral 2020, 22:13 Polislərin etiraz aksiyaları davam edir 22 Fevral 2020, 21:56 Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görüldu - FOTO 22 Fevral 2020, 21:41 Messi poker etdi, “Barselona” zirvəyə qalxdı   22 Fevral 2020, 21:29 Xüsusi peşə təhsili müəssisələrinin vəzifələri artırıldı 22 Fevral 2020, 21:19 "Könüllülər İli" gənclərin fərdi inkişafına təkan verəcək - Umud Mirzəyev 22 Fevral 2020, 21:07 Azərbaycan Böyük Dəbilqədə ilk medalını qazandı 22 Fevral 2020, 21:02 Bakıda azyaşlılara siqaret satanlar cərimələndi 22 Fevral 2020, 20:47 Türkiyə daha bir şəhid verdi - FOTO 22 Fevral 2020, 20:34 Güney Azərbaycanda Xocalı ilə bağlı kampaniya 22 Fevral 2020, 20:16 Daha bir oyun koronavirusa görə təxirə salındı 22 Fevral 2020, 20:01 Məzahir Pənahov: “Kürdəmir Dairə Seçki Komissiyası buraxıla bilər” 22 Fevral 2020, 19:20 Yeni seçilən deputatların SİYAHISI 22 Fevral 2020, 19:14 MSK Naxçıvandakı bu dairədən şikayəti müzakirə etdi 22 Fevral 2020, 19:10 Elza Seyidcahanın seçkilərdən şikayətinə BAXILMADI - SƏBƏB 22 Fevral 2020, 19:04 MSK bu dairələrdən şikayətləri geri qaytardı 22 Fevral 2020, 18:56 Yasamalda namizəd 28 məntəqədə nəticələrin ləğvini tələb edib 22 Fevral 2020, 18:49 Tahir Rzayevin dairəsində də məntəqənin nəticəsi ləğv edildi 22 Fevral 2020, 18:38 İranda koronavirusa görə məktəblər bağlandı 22 Fevral 2020, 18:33 Şəhid hərbçimizin ölümündən əvvəl çəkilən son FOTOSU 22 Fevral 2020, 18:25