Modern.az

Rusiyanın Çinlə sərhəddəki 20 min kəndi boşalıb

Rusiyanın Çinlə sərhəddəki 20 min kəndi boşalıb

Dünya

10 Sentyabr 2009, 12:36

Modern.az Rusiya mətbuatına istinadən məlumat verir ki, bu ölkənin Çinlə sərhəddə yerləşən 20 min kəndinin əhalısı maddi çətinliklər ucbatından yaşayış məntəqələrini tərk edib. Həmin kəndlərdə yalnız qocalar qalıb. Bu isə Rusiya hökumətini bərk narahat edib.
Rusiya mətbuatının yazdığına görə, boşalan kəndlərin Çinlə sərhəd ərazidə yerləşməsi, sıravi çinlılərin bölgəyə axınından rahatsız olan hökumət qabaqlayıcı tədbirlərə əl atır. Artıq çinlilər bölgədən tamamilə evakuasiya olunublar. Kəndlərini tərk edən sakinlərin geri qaytarılmasından ötrü də hökumət səviyyəsində xüsusi proqram hazırlanmaqdadır.  

Rusiya mətbuatının  məlumatına görə, kəndlərin boşalması nəticəsində Sibir və Uzaq Şərqdə 40 milyon hektardan artıq əkinə yararlı torpaq sahəsini əkib-becərən yoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir