Arxiv
9 Yanvar 2020, 10:39 | İQTİSADİYYAT
Mərkəzi Bankdan daşınmaz əmlakın sığortası barədə AÇIQLAMA

Mərkəzi Bank daşınmaz əmlakın icbari sığortası ilə bağlı məsələyə aydınlıq gətirib.

 

Mərkəzi Bankın mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2019-cu ildə ölkədə baş vermiş irihəcmli yanğın hadisələrindən sonra vətəndaşlara və sahibkarlara dəymiş zərərin sığorta mexanizmi vasitəsilə ödənilməsi nəzərdə tutulur:

 

“Bu sahədə dövlət yükünün azaldılması məqsədilə Qanunun icrasına tam nəzarət və tətbiqi üçün Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları, Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən təbliğat və təşviqat işləri aparılır və bununla da 2020-ci ildən başlayaraq bu sahədə tədbirlərin həyata keçiriləcək”.

 

Bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinə görə icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir:

 

““İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Prezidentin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanının 5.57-ci bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortasına münasibətdə Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları, digər daşınmaz əmlakın icbari sığortasına və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasına münasibətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi baxır.

 

“Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli  354s nömrəli Sərəncamı ilə “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı” (Tədbirlər Planı) təsdiq edilmişdır. Tədbirlər Planında sığortalanma prosesinin sadələşdirilməsi, penetrasiyanın artırılması və sığorta risklərinin düzgün qiymətləndirilməsi məqsədilə aidiyyəti qurumların elektron informasiya sistemlərinin İcbari Sığorta Bürosunun elektron informasiya sistemi ilə inteqrasiyasının həyata keçirilməsi nəzərdə tutulmuşdur. Daşınmaz əmlakın icbari sığortasının elektron qaydada alınmasının təmin edilməsi elektron informasiya sistemlərinin inteqrasiyası ilə həyata keçiriləcək. Həmçinin müvafiq sığorta növü üzrə elektron informasiya sistemlərinin inteqrasiyasının və sığortanın əlçatanlığının təmin edilməsi məqsədi ilə qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulub”, - deyə rəsmi məlumatda bildirilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
MSK-dan Ramil Həsənin lider olduğu dairə barədə QƏRAR 21 Fevral 2020, 16:41 İlqar Rəhimov I vitse-prezidenti işdən azad etdi 21 Fevral 2020, 16:36 Bakıda uşaq poliklinikasında yanğın olub 21 Fevral 2020, 16:30 Bakı metrosu koronavirusa qarşı dezinfeksiyada “ProGreen ProFix” dərmanından İSTİFADƏ EDİR 21 Fevral 2020, 16:24 Gülnar Əliyevanın qəbrinin görüntüləri bizdə də varMSK üzvü ölüf-ölüf videosundan danışdı 21 Fevral 2020, 16:18 MSK-nın iclası başladı 21 Fevral 2020, 16:12 Abay Kunanbayevin “Qara söz”ü Modern.az-da - İyirminci və iyirmi birinci söz 21 Fevral 2020, 16:06 Nazirlik sahibkarlara müraciət etdi 21 Fevral 2020, 16:00 Yaşıllıq sahələrinə elektron formada nəzarət ediləcək 21 Fevral 2020, 15:55 I sinfə qəbul qaydaları AÇIQLANDI 21 Fevral 2020, 15:49 Gürcüstanda adam öldürüb Bakıda gizlənən şəxs tutuldu - FOTO 21 Fevral 2020, 15:45 İmtahanların nəticələri AÇIQLANDI 21 Fevral 2020, 15:39 “Ana harayı” abidəsinin yeri və forması dəyişdiriləcək? – Əməkdar memar DANIŞDI       21 Fevral 2020, 15:34 Elçibəyin oğlu maddi vəziyyətindən danışdı: “İdarə edirik” 21 Fevral 2020, 15:30 Hindistanlı çəkiliş qrupunun Xızı dağlarında SƏRGÜZƏŞTLƏRİ 21 Fevral 2020, 15:23 İctimai nəqliyyatda gediş haqqı telefonla ödəniləcək 21 Fevral 2020, 15:17 “Anladım ki, ana dilim, ürəyimdən çıxmaz mənim!” 21 Fevral 2020, 15:10 Hadisə yerindən qaçan sürücü tutuldu - RƏSMİ 21 Fevral 2020, 15:04 BMU-nun tələbələrinə smart tələbə kartları verildi - FOTO 21 Fevral 2020, 14:58 İranda koronavirusdan ölənlərin sayı 4 nəfərə çatdı 21 Fevral 2020, 14:52 Nazir müavinləri rayonlarda qəbul keçirdilər 21 Fevral 2020, 14:46 “Valiko Həsrət” ləqəbli narkobaron həbs edilib - FOTO 21 Fevral 2020, 14:40 Apelleyasiya Məhkəməsi də Bəxtiyar Hacıyevin şikayətini təmin etmədi 21 Fevral 2020, 14:35 General Həftər Liviyada sülh şərtlərindən danışdı 21 Fevral 2020, 14:30 Səfər Mehdiyev Litva səfiri ilə görüşdü 21 Fevral 2020, 14:24 “Azadlıq” stansiyasında “HADİSƏ”-VİDEO 21 Fevral 2020, 14:18 Avtomobili tapılan qadın oğrudan şikayət etmədi 21 Fevral 2020, 14:12 Polis küçədə qadın və azyaşlıya zor tətbiq edilməsini araşdırıb 21 Fevral 2020, 14:06 Ukrayna parlamenti “erməni soyqırımı”nı qəbul etməkdən İMTİNA ETDİ 21 Fevral 2020, 14:00 Zavod direktorunun otağından oğurluq edən şəxs saxlanıldı 21 Fevral 2020, 13:55 BMT-dən İdlib ETİRAFI: “İnsanların həyatlarını xilas etməyə çalışırıq, amma...” 21 Fevral 2020, 13:49 Azərbaycanda ekoloji problemlərlə əlaqədar yeni QHT yaradıldı 21 Fevral 2020, 13:43 Müəllimdən prezidentə gözlənilməz sual: "Siz 170 dollara dolana bilərsiz?" - VİDEO 21 Fevral 2020, 13:37 Türkiyədə oxuyan azərbaycanlı tələbələr etiraz aksiyası keçirdi 21 Fevral 2020, 13:31 100 il əvvəlki Qarabağ: 1920-ci ildə AXC Xankəndini necə azad etmişdi? - TARİX 21 Fevral 2020, 13:26