Modern.az

Bələdiyyə seçkilərində 2 bələdiyyə tam tərkibdə formalaşmayıb

Bələdiyyə seçkilərində 2 bələdiyyə tam tərkibdə formalaşmayıb

12 Yanvar 2020, 11:14

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində tam tərkibdə formalaşmamış bələdiyyələr məlum olub.

 

Modern.az-ın məlumatına görə, bu, səsvermənin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının (MSK) protokolunda əksini tapıb.

 

Beləliklə, seçkilər nəticəsində 2 bələdiyyə tam tərkibdə formalaşmayıb. Həmin bələdiyyələr 80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə Şərq bələdiyyəsi və 101 saylı Göygöl-Daşkəsən seçki dairəsi üzrə Gurbulaq bələdiyyəsidir.

Whatsapp
Bizə yazın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ