Modern.az

Jurnalistə Nazirlikdə yüksək vəzifə verildi

Jurnalistə Nazirlikdə yüksək vəzifə verildi

13 Yanvar 2020, 10:17

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat olub.

 

Modern.az-ın məlumatına görə, Elşən Allahverdiyev Nazirliyin tabeliyindəki DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin Vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

 

Məlumatı Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Modern.az-a təsdiqləyib.

 

Qeyd edək ki, daha əvvəl Elşən Allahverdiyev Azərbaycan Televiziyasında (AZTV) baş redaktor, “CDB Bank” və “Günay Bank”da Marketinq və İctimaiyyətlə əlaqələr departamentlərində direktor, Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi vəzifələrində çalışıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır