Modern.az

Bakıda 82 yaşlı qadın evində ölü tapıldı

Bakıda 82 yaşlı qadın evində ölü tapıldı

15 Yanvar 2020, 14:25

Bakıda evdə meyit tapılıb.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1938-ci il təvəllüdlü Yaqodina Tamara Pavlovanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?