Modern.az

Dünyanın ən kiçik adamı vəfat etdi

Dünyanın ən kiçik adamı vəfat etdi

Aktual

18 Yanvar 2020, 00:18

Dünyanın ən kiçik adamı vəfat edib.

Modern.az yerli mediaya xəbər verir ki,  Haqendra Tapa Maqar 27 yaşında dünyasını dəyişib.

Məlumata görə, son vaxtlar Maqar ürəyi ilə bağlı problemlər yaşayırdı, eləcə də astma və pnevmoniya ilə mübarizə aparırdı. Vəziyyətinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilən Maqar yanvarın 16-da elə orada vəfat edib.

Haqenda Tapa Maqar dünyanın ən kiçik adamı hesab olunurdu. Onun boyu 67,08 sm təşkil edirdi.

Onun vəfatından sonra "dünyanın ən kiçik adamı" adı Kolumbiya sakini Eduard Nino Ernandesə keçib. Onun boyu 70,21 sm-dir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır