Arxiv
18 Yanvar 2020, 17:42 | AKTUAL
Baş Prokurorluq sayt rəhbərinə xəbərdarlıq ETDİ

 

Baş Prokurorluqda aparılmış araşdırmalarla “oxu24.com” internet saytında “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin kobud şəkildə pozulmaqla Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri tərəfindən Tovuz  rayonunun  Dondar  Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı üzrə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri barədə ictimaiyyətə ətraflı məlumatlar verilməsinə, eləcə də sensasiya naminə reallığı əks etdirməyən məlumatların yayılmaması məqsədilə aidiyyəti qurumların mətbuat xidmətləri ilə dəqiqləşdirmələrin aparılması tələb edilməsinə baxmayaraq, ayrı-ayrı vaxtlarda müxtəlif başlıqlı məqalələrdə, qəsdən və qərəzli şəkildə həqiqətə uyğun olmayan, istintaq araşdırmalarının maraqlarına zidd olmaqla cəmiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən yalan məlumatların, həmçinin yayılması qanunla qadağan edilməklə ictimai fikirdə çaşqınlıq yaranmasına səbəb olan informasiyaların məqsədli şəkildə yayılması müəyyən edilib.

 

Bu barədə Modern.az-a Respublika Prokurorluğundan daxil olan məlumatda bildirilib.

 

Qeyd edilənlərlə əlaqədar saytın təsisçisi və baş direktoru Mircəlal Məcidov Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməzliyi diqqətinə çatdırılmaqla, gələcəkdə belə xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Havalar istiləşsə, koronavirus azalacaq? 27 Fevral 2020, 12:09 Azərbaycanda ov fəaliyyətinin aparılmasına icazə verilən ərazilər AÇIQLANDI 27 Fevral 2020, 12:04 İranda koronavirusdan ölənlərin sayı 22-yə çatıb 27 Fevral 2020, 11:58 Tələbələrin köçürülməsinin NƏTİCƏLƏRİ 27 Fevral 2020, 11:57 QMİ-dən koronavirusa görə Həcc ziyarətinin dayandırılması xəbərinə REAKSİYA 27 Fevral 2020, 11:51 Elmar Qasımov İstanbulda beynəlxalq tədbirə qatılıb 27 Fevral 2020, 11:46 Dövlət Turizm Agentliyi: “Koronavirus bazarımıza mənfi təsir edəcək” 27 Fevral 2020, 11:44 Azərbaycanda hotellərə ulduzların verilmə qaydası AÇIQLANDI 27 Fevral 2020, 11:38 Bu gündən növbəti “DOST xonçası” aksiyasına başlanır 27 Fevral 2020, 11:37 Heydər Əliyev Fondu sabiq icra başçısının gəlinin müalicəsini öz uzərinə götürdü 27 Fevral 2020, 11:34 Bilet əldə etmək ova icazə verilməsi demək deyil - NAZİRLİK 27 Fevral 2020, 11:28 Polis “Əmioğlu”nu həbs etdi - FOTO 27 Fevral 2020, 11:23 DSX-dən Azərbaycan-Gürcüstan sərhədinin bağlanması xəbərinə REAKSİYA 27 Fevral 2020, 11:18 Bir gündə yol qəzalarında 5 nəfər öldü - RƏSMİ 27 Fevral 2020, 11:14 Xocalıya görə təzminat: Hərbi Prokurorluq fərdi müraciəti məsləhət görür 27 Fevral 2020, 11:09 “Azərbaycan-Gürcüstan sərhədi bağlanmayıb” - Gömrük Komitəsi 27 Fevral 2020, 11:04 ““BakıKart” terminallarından “pulxırdalama” aparatı kimi istifadə oluna bilər”  27 Fevral 2020, 10:57 Gürcüstanda 4 Azərbaycan vətəndaşı koronavirus şübhəsilə nəzarətə GÖTÜRÜLDÜ 27 Fevral 2020, 10:55 Nazir Xətainin Bakıdakı heykəlinin köçürülməsindən DANIŞDI 27 Fevral 2020, 10:51 Gürcüstanda koronavirus tapılan şəxslə bağlı Nazirlikdən rəsmi AÇIQLAMA 27 Fevral 2020, 10:45 Bakı-Gürcüstan avtobuslarının gediş-gəliş dayandırılıb? - RƏSMİ 27 Fevral 2020, 10:39 Kapital Bank yenilənən Siyəzən filialını istifadəyə verdi 27 Fevral 2020, 10:32 Sabah Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclası keçiriləcək 27 Fevral 2020, 10:26 Səudiyyə Ərəbistan Ümrə ziyarətini dayandırdı 27 Fevral 2020, 10:23 ÜST: Koronavirusdan 2761 nəfər ölüb 27 Fevral 2020, 10:18 ABŞ Konqresində Xocalı soyqırımı qurbanları yad edildi - FOTO 27 Fevral 2020, 10:15 Bakıda kütləvi dava: Yaralılar var 27 Fevral 2020, 10:14 Gürcüstan Azərbaycana gediş-gəlişi qismən məhdudlaşdırdı 27 Fevral 2020, 10:11 Azərbaycanda yeni doğulan buzova görə 100 manat verilir – MÜSAHİBƏ 27 Fevral 2020, 10:06 Danimarkada da koronavirus aşkarlandı 27 Fevral 2020, 10:04 UNEC-in Zaqatala filialında yenilik 27 Fevral 2020, 10:04 Bakı polisi bir gündə 20 nəfəri saxladı 27 Fevral 2020, 10:01 Azərbaycan və Türkiyə nümayəndə heyətləri arasında görüş keçirilib 27 Fevral 2020, 09:57 “Xaçmaz” Elektrik Stansiyasının “itirilmiş” gücü bərpa edildi - VİDEO 27 Fevral 2020, 09:50 Azərbaycan Sarkisyan və Koçaryanı beynəlxalq axtarışa verə bilər - RƏSMİ 27 Fevral 2020, 09:45