Modern.az

Ceyhun Məmmədov məcburi köçkünlərlə görüşüb - FOTO

Ceyhun Məmmədov məcburi köçkünlərlə görüşüb - FOTO

20 Yanvar 2020, 09:38

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən YAP-ın deputatlığa namizədi Ceyhun Məmmədov Abşeron rayonu Mehdiabad yaşayış massivində məskunlaşan cəbrayıllı məcburi köçkünlərlə görüş keçirib.

 

2020-ci ilin 9 fevralında Parlamentə keçiriləcək növbədənkənar seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Ceyhun Valeh oğlu Məmmədov Abşeron rayonu Mehdiabad yaşayış massivində məskunlaşan cəbrayıllı məcburi köçkünlərlə görüş keçirib.

 

Modern.az xəbər verir ki, görüşdə YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov, Azərbaycan Texniki Universitetinin professoru Əyyub Kərimov, Avrasiya Universitetinin dosenti Əjdər Yunusov, Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadə iştirak ediblər. Əvvəlcə “20 Yanvar” faciəsi zamanı qətlə yetirilmiş insanların əziz xatirəsi birdəqiqəlik ehtiram sükutu ilə yad edilib. Tədbiri giriş sözü ilə açan YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan bəhs edib. O, partiyanın fəlaiyyətində gənclərlə iş sahəsinə böyük önəm verildiyini qeyd edib. Ulu Öndər Heydər Əliyev ideyalarını özünün ideoloji və siyasi mübarizəsinin əsas silahı kimi mənimsəyən Yeni Azərbaycan Partiyası ötən illər ərzində bir çox uğurlara imza atıb. O, Yeni Azərbaycan Partiyasına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərlik etməsi, onun yorulmaq bilməyən fəaliyyəti, partiyamızın inkişafının və qazandığı uğurların əsasını təşkil etdiyini bildirib. A.Fərzəliyev qarşıdan gələn parlament seçkiləri haqqında danışıb, seçkilərdə YAP tərəfindən ən layiqli namizədlərin irəli sürüldüyünü qeyd edib.

 

Ceyhun Məmmədov görüş zamanı bildirib ki, Azərbaycanın siyasi həyatında özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının hakimiyyəti dövründə respublikada siyasi sabitlik təmin olunmuş, dövlətimizin müstəqilliyi möhkəmləndirilmiş, ölkə iqtisadiyyatı daha da inkişaf etmişdir. O qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin həyata keçirilməsi nəticəsində ölkəmizdə stabillik və əmin-amanlıq yaradılmış, dərin islahatlar həyata keçirilmiş, xalqımıza firavan gələcək vəd edən iqtisadi uğurların təməlləri qoyulmuş, insan hüquq və azadlıqları təmin olunmuşdur. Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və özünün yeni bəhrələrini verir. Ceyhun Məmmədov seçicilərə müraciətlə vurğulayıb ki, ona göstərilən etimadı doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək. Ölkənin daha da inkişafı və tərəqqisinə xidmət edən yeni qanunvericilik aktlarının hazırlanmasında iştirak edəcəyini qeyd edən Ceyhun Məmmədov idarəetmə sahəsində islahatların daha da səmərəli olması üçün yeni qanunların qəbul edilməsinə çalışacağını bildirib.

 

Ceyhun Məmmədov ölkənmizdə bütün sahələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq, səhiyyənin daha əl çatan olması, təhsilin səviyyəsinin daha da yüksəldilməsi, gənclərdə elmə, biliyə marağın artırılması istiqamətində çalışacağını bildirib. O, qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin daha da yüksəldilməsi, onların evlə təmin olunması üçün addımlar atacağını, Dağlıq Qarabağ münaqişəsinin həllində bütün imkanları səfərbər edəcəyini, Qarabağ həqiqətlərinin dünyada daha geniş təbliğinə çalışaçağını vurğulayıb. Ceyhun Məmmədov həmçinin, Azərbaycan Milli Ordusunun hərbi qüdrətinin və döyüş qabiliyyətinin daha da artırılması işində, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsində fəal olacağını qeyd edib. Milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması işində, milli-mənəvi dəyərlərin təbliğində, gənclər siyasətinin həyata keçirilməsində, onların milli vətənpərvərlik ruhunda yetişdirilməsində fəal iştirak edəcəyini bildirib. Daha sonra Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov, Azərbaycan Texniki Universitetinin professoru Əyyub Kərimov, Avrasiya Universitetinin dosenti Əjdər Yunusov, Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadə Ceyhun Məmmədov haqqında ümumi məlumat verərək, onun fəaliyyətini yüksək qiymətləndiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?