Arxiv
21 Yanvar 2020, 12:44 | ÖLKƏ
Novruz Məmmədov əsəbləşdi: “Belə olmaz axı! Bu cür sözlərə uyub yazmaq olmaz”

Seyid Əzim Şirvaninin Daşkənndə yaşayan nəticəsi Seyid Fatma 2013-cü ildə tanınmış jurnalist Aida Eyvazlıya müsahibəsində Azərbaycana gəlmək istədiyini ancaq buna bəzi şəxslərin mane olduğunu bildirib.

 

Seyid Fatma o zaman Şamaxının deputatı Elxan Süleymanovun və Prezidentin Xarici siyasət məsələlər üzrə köməkçisi olmuş Novruz Məmmədovun ona maneə yaratdığını deyib.

 

Aida Eyvazlının yazdığı hissəni təqdim edirik:

 

Ölkəmizin  Özbəkistandakı fövəqladə və səlahiyyətli səfiri Hüseyn Quliyev 2013-cü ildə Seyid Əzim Şirvaninin Daşkənddə  nəticəsi olduğu xəbərini eşidən kimi xanımla görüşmək istəmişdi və iki saat sonra  Azərbaycan səfirliyində bu görüş baş tutmuşdu. Həmin gündən də cənab səfir öz səlahiyyətlərindən istifadə edərək, Azərbaycanın müxtəlif instansiyalarına məktublar yazaraq,  böyük mütəfəkkirin nəticəsinin heç bir sənədi olmadığını, ona Azərbaycan vətəndaşlığının verilməsi zərurətini və babasının Şamaxıdakı məzarını ziyarət etmək arzusunda olduğunu rəsmi yazışma və  sənədlərlə çatırdı. Səfir Hüseyn Quliyev bu ailəni sözün əsil mənasında himayəyə götürdü.

 

Ötən 7 il ərzində dəfələrlə cənab səfirə zəng edib, işin hansı mərhələdə olduğunu soruşurdum. Hər dəfə də deyirdi ki, inan ki, mən özüm də artıq o qadından utanıram, cavab gözləyirəm ki, onu Bakıya göndərim.

 

Cavab isə gecikir, gecikirdi. Sonra isə Bakıda  etibarlı mənbələrdən öyrəndim ki,  səfir Hüseyn Quliyevin məktubu o zaman Prezidentin Xarici siyasət məsələlər üzrə köməkçisi olmuş Novruz Məmmədova həvalə edib.(söhbət 2013-2015-ci ildən gedir) Səfirliyin narahatçılığına baxmayaraq, məktubun taleyi ilə şöbədə heç kim maraqlanmayıb.

 

Beləcə, Novruz Məmmədov bu işə  etinasız yanaşaraq əhəmiyyət verməyib, Seyid Fatma Quliyevanın barəsindəki məktub bir daha üzə çıxmayıb. Sən demə, administrasiyanın qeyd olunan şöbəsindən səfirliyə bildirilib ki, Seyid Fatmanın  1992-ci ildə ailə həyatı quran qızı Nərgiz Mehtiyevanın həyat yoldaşının guya “erməni əsilli” olması səbəbindən onların Azərbaycana gəlməsi arzuolunmaz hesab edilib. Halbuki Səfirlik araşdırmalarının nəticəsi olaraq bu xəbərin yanlış olduğunu N.Məmmədovun köməkçisinə çatdırıb.

 

Modern.az saytı məsələni dəqiqləşdirmək üçün Novruz Məmmədovla əlaqə saxlayıb. O, saytımıza açqılamasında bu məsələdən heç vaxt xəbərinin olmadığını bildirib:

 

“Təkcə mənim yox, şöbədən də kiminsə xəbəri yoxdur. Seyid Əzim Şirvaninin nəticəsinin Azərbaycana gəlmək istəməsi ilə bağlı bizə heç bir məlumat daxil olmayıb. Mümkün deyil. Əgər elə bir şey olsaydı, bu iş başqa strukturlarla getməli idi. Belə məsələ xarici siyasət şöbəsinə gəlib çıxa bilməzdi.

 

Seyid Əzim Şirvani Azərbaycanın böyük mütəfəkkirlərindəndir. Həqiqətən də vicdanlı şəxslərdən olub. Həqiqət üzərində mübarizə aparıb. Onun nəticəsinin belə fikirlər deməsi məni çox təəssüfləndirdi”.

 

Novruz Məmmədov qeyd edib ki, bu məsələ ilə bağlı Xarici siyasət məsələləri üzrə şöbə ilə əlaqə saxlayın:

 

“Müraciət məsələsi nağıl kimi olmur. Bunun üçün sənəd gəlməli, harasa göndərilməli idi. O sənədi axtarın, tapın görüm kimə gedib?! Belə olmaz axı! Bu cür sözlərə uyub yazmaq olmaz. Vaxtilə çalışdığım şöbə yerindədir. Onlardan soruşun və bilin ki, məktub onlara gəlib çatıbmı?!. Müraciət olunubmu?!”

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident və birinci xanım Şamaxıda Pirsaat Baba ZİYARƏTGAHINDA - YENİLƏNİB 25 May 2020, 20:33 Daha bir ölkədə teatrlar açılır 25 May 2020, 20:16 Jurnalist iki xalq şairi ilə bağlı TƏKLİF irəli sürdü 25 May 2020, 20:09 Naxçıvan-Bakı aviareyslərinin açılması ilə bağlı müraciət edildi 25 May 2020, 20:02 Keçmiş səfir Elmar Məmmədyarovu müdafiə etdi: “Vicdanınız olsun, montajdır!” - VİDEO 25 May 2020, 19:57 Gürcüstan Azərbaycandan alacağı təbii qazın həcmini azaltdı 25 May 2020, 19:41 Putinin mətbuat katibi koronavirusdan sağaldı 25 May 2020, 19:13 Bu rayonlarda yağış yağır 25 May 2020, 18:54 “Münasibətlərimizin yüksək səviyyədə olmasından fərəh duyuram” - Lukaşenko 25 May 2020, 18:41 Səudiyyə Ərəbistanında daha 2235 nəfər virusa yoluxdu 25 May 2020, 18:16 Tovuzda maşın aşdı - xəsarət alan var 25 May 2020, 17:59 Orduda ən yaxşı kəşfiyyat qrupu məlum oldu 25 May 2020, 17:47 Azərbaycanda korrupsiya və rüşvətxorluqla kompleks mübarizə aparılır 25 May 2020, 17:39 Prezident Pir Ömər Sultan ziyarətgahında - FOTO 25 May 2020, 17:28 Biləsuvarda qoyun oğrusu saxlanıldı 25 May 2020, 17:23 Prezident Şamaxıda tikilən yeni bina ilə tanış oldu 25 May 2020, 17:13 İlham Əliyev və Mehriban Əliyeva körpələr evinin açılışında 25 May 2020, 17:06 İlham Əliyev Şamaxıda TAPŞIRIQ VERDİ 25 May 2020, 16:54 Türk dünyasının tarixini, milli irsini tanıdan AKADEMİYA 25 May 2020, 16:49 Votsapda 17 kq narkotik satmaq istəyən qardaşlar saxlanıldı 25 May 2020, 16:41 Bakı-Naxçıvan aviareysinin açılmasına ehtiyac var - İsa Həbibbəyli 25 May 2020, 16:31 İstanbul körpüləri Azərbaycan bayrağının rənglərilə işıqlandırılacaq 25 May 2020, 16:23 “Türk Şurası əlaqələrimizin inkişafına təkan verəcək” - Macarıstan Prezidenti 25 May 2020, 16:17 “Şollerin arxivi” filimi ABŞ-da Qranta laiq görüldü 25 May 2020, 16:15 Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü 25 May 2020, 16:06 Prezident Şamaxıya getdi - FOTO 25 May 2020, 16:02 Beynəlxalq Türk Akademiyası - 10 25 May 2020, 15:59 Şamaxının icra başçısından koronavirus AÇIQLAMASI 25 May 2020, 15:56 Ət və ət məhsullarının faydası və zərərli xüsusiyyətləri 25 May 2020, 15:47 Bu ölkədə 2 mindən çox hamilə koronavirusa yoluxub 25 May 2020, 15:39 İcra başçısının müavini koronavirusa yoluxdu 25 May 2020, 15:26 Şamaxıda kran aşdı - Ölən var - YENİLƏNİB 25 May 2020, 15:25 Dövlət başçıları İlham Əliyevi təbrik etdilər 25 May 2020, 15:17 “Qardaş xalqlarımız arasında əməkdaşlıq bundan sonra da möhkəmlənəcək” - Berdiməhəmmədov 25 May 2020, 15:09 Sabahın TELEDƏRSİ 25 May 2020, 14:59