Arxiv
21 Yanvar 2020, 14:30 | ÖLKƏ
Namizədlərin Şəhid ailələrini ziyarəti: Siyasi texnologiya, sosial sifariş, yoxsa...

Deputatlığa namizədlərin böyük əksəriyyəti seçki təbliğatına şəhid ailələrini ziyarətlə, qazilərlə görüşlə start verdilər.

 

Özlüyündə təqdir olunası haldır. Bu, həm də ölkədə şəhidlərə verilən dəyərdir. qazilərə sayğıdır.

 

Məsələnin bir az qəribə görünən tərəfi odur ki,cəmiyyətin bu həssas təbəqəsinə yanaşmada namizədlər sıradan görüş kimi baxır. Şəhid ailələrindən xeyir-dua almaq əvəzinə özlərini onların müdafiəçisi kimi göstərirlər.

 

Bu gün dövlət tərəfindən bu qəbildən olan insanlara hərtərəfli dəstək verilir.

 

Dövlətin daimi olaraq qayğı və himayəsində olan şəhid ailələri və qazilərə çox təssüf ki, bəzi şəxslər sırf öz işləri üçün xüsusi diqqətlə yanaşırlar.

 

Bəlkə bu da siyasi texnologiyanın tərkib hissəsidir və elə bu şəkildə də təqdim olunur.  Mental düşüncə, sosioloji baxımdan bu yanaşma qəbul edilməsə də məsələnin psixoloji anlarına aydınlıq gətirməyə çalışdıq.

 

Bununla bağlı Modern.az-a danışan psixoloq Nuriyyə Quliyeva namizədlərin belə görüşlər keçirməsinin cəmiyyətin maraqlarını bildiklərindən irəli gəldiyini ilə əlaqələndirib:

 

 

“Şəhid və şəhid ailələri bizim üçün müqəddəsdir. İşimizdən və peşəmizdən aslı olmayaraq hamımızın borcudur ki, bu ailələrə hörmətlə, xüsusi diqqətlə  yanaşaq. Namizədlərin bu cür addım atması isə bəzən sadəcə strategiyadır. Deputat olmaq istəyən şəxslər bilirlər ki, əhalinin bütün təbəqəsi şəhid ailələrinə qarşı çox həssasdır.

 

Yaşından aslı olmayaraq hər bir şəxs şəhid ailələrinə, qazilərə xüsusi diqqətlə yanaşır. Namizədlər də bilirlər ki, hamının yaralı yeri, ortaq diqqət mərkəzi məhz şəhid ailələridir. Bu addımla da onlar cəmiyyətin diqqətini ələ alaraq ölkənin problemlərini mənimsədiklərini nümayiş etdirmək istəyirlər. Namizədlərin bu təəşəbbüsü öz növbəsində seçicilərdə onlara qarşı etimad yarada bilər. Lakin seçici üçün burada həm də namizədin bioqrafiyası, yəni bundan əvvəlki fəəaliyyəti də önəm kəsb edir. Yəni fəaliyyətindən razı qalmadığı namizədi seçici sırf şəhid ailəsi ilə görüşdü deyə yüksək qiymətləndirə bilməz”.

 

N.Quliyeva seçicilərin bu təşəbbüsdən dolayı bəzi namizədlərə inanmamasının gerçək səbəblərinin olduğunu deyir:

 

 

“Bəzi hallarda seçici düşünür ki, deputat olmaq istəyən şəxs niyə əvvəlcədən şəhid ailəsi ilə görüşmürdü ki? Namizəd əvvəldən belə diqqət göstərməyibsə, demək ki, bu addım sadəcə onların şəxsi işləri üçün olan bir strategiyadır kimi fikirlərin yaranması normal haldır. Namizədlərin bu addımı o zaman  real görünər ki, onlar sıravi vətəndaş olarkən, yəni namizəd olmamışdan qabaq şəhid ailəsi, qazilərlə  maraqlansınlar. Seçkidən sonra bütün reallıqlar bilinəcək.

 

Seçicilər namizədə səs verərkən yalnız bir məqama fikir verməsinlər, onlar namizədin bioqrafiyasını araşdırıb qərar versələr daha yaxşı olar. Çünki bəzi namizədlərin şüarlarına baxarkən belə onların gələcək vəd etməməsini görmək mümkündür”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Moskvada 45 soydaşımızın öldüyü, Azərbaycana yasa boğan FACİƏ 23 Fevral 2020, 12:24 Bu gün magistraturaya qəbul imtahanı keçirilir 23 Fevral 2020, 12:00 “Yarımçıq qalmış oyun” – VIII səhnəli PYES 23 Fevral 2020, 11:47 İrandakı zəlzələ Naxçıvanda da hiss edilib 23 Fevral 2020, 11:28 Ümumavropa Qarabağ Mitinqi məqsədinə çatdı: “İnsanların sayı çox idi...meydana yerləşə bilmirdik” 23 Fevral 2020, 11:05 İranda güclü zəlzələ olub 23 Fevral 2020, 10:44 Atəşkəs iriçaplı pulemyotlarla 21 dəfə pozuldu 23 Fevral 2020, 10:29 İlham Əliyevin İtaliyaya səfəri başa çatdı - FOTO 23 Fevral 2020, 00:46 Sumqayıtda uşaq dəm qazından boğularaq ölüb 23 Fevral 2020, 00:36 İlham Əliyev  Mehriban Əliyeva ilə birlikdə Müqəddəs Pyotr Kilsəsi ilə tanış oldular - FOTOLAR 23 Fevral 2020, 00:17 Azərbaycana 60 min kiloqram qurban əti göndərildi   23 Fevral 2020, 00:06 Bakıda "Niva"dan düşüb bir nəfəri güllələdilər 22 Fevral 2020, 23:47 Daha  bir ölkədə koronavirus həyəcanı 22 Fevral 2020, 23:39 “Ermənistan regionda destruktiv siyasət yürüdür” - İlham Əliyev 22 Fevral 2020, 23:21 Koronavirusun dünyaya yayılma sürəti artıb 22 Fevral 2020, 23:16 Prezident Vatikanda Papa Fransisk ilə görüşdü - YENİLƏNİB 22 Fevral 2020, 22:57 Sumqayıtda 36 yaşlı şəxsin meyiti tapıldı 22 Fevral 2020, 22:44 Haftarın yüzə yaxın əsgəri məhv edilib 22 Fevral 2020, 22:30 "Patriot" sistemləri yenidən Türkiyədə 22 Fevral 2020, 22:13 Polislərin etiraz aksiyaları davam edir 22 Fevral 2020, 21:56 Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görüldu - FOTO 22 Fevral 2020, 21:41 Messi poker etdi, “Barselona” zirvəyə qalxdı   22 Fevral 2020, 21:29 Xüsusi peşə təhsili müəssisələrinin vəzifələri artırıldı 22 Fevral 2020, 21:19 "Könüllülər İli" gənclərin fərdi inkişafına təkan verəcək - Umud Mirzəyev 22 Fevral 2020, 21:07 Azərbaycan Böyük Dəbilqədə ilk medalını qazandı 22 Fevral 2020, 21:02 Bakıda azyaşlılara siqaret satanlar cərimələndi 22 Fevral 2020, 20:47 Türkiyə daha bir şəhid verdi - FOTO 22 Fevral 2020, 20:34 Güney Azərbaycanda Xocalı ilə bağlı kampaniya 22 Fevral 2020, 20:16 Daha bir oyun koronavirusa görə təxirə salındı 22 Fevral 2020, 20:01 Məzahir Pənahov: “Kürdəmir Dairə Seçki Komissiyası buraxıla bilər” 22 Fevral 2020, 19:20 Yeni seçilən deputatların SİYAHISI 22 Fevral 2020, 19:14 MSK Naxçıvandakı bu dairədən şikayəti müzakirə etdi 22 Fevral 2020, 19:10 Elza Seyidcahanın seçkilərdən şikayətinə BAXILMADI - SƏBƏB 22 Fevral 2020, 19:04 MSK bu dairələrdən şikayətləri geri qaytardı 22 Fevral 2020, 18:56 Yasamalda namizəd 28 məntəqədə nəticələrin ləğvini tələb edib 22 Fevral 2020, 18:49