Modern.az

Ermənistanda “qanuni oğru” adını daşıyanlara avtomatik 10 il iş kəsiləcək

Ermənistanda “qanuni oğru” adını daşıyanlara avtomatik 10 il iş kəsiləcək

Dünya

21 Yanvar 2020, 16:52

Ermənistanda “oğru dünyası”na qarşı yeni qanun qəbul olunacaq.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “qanunda oğru” adından imtina etməyən şəxs 7 ildən 10 ilə qədər həbs cəzası alacaq. Cinayətkar şəbəkə yaradanlara isə cəza 5 ildən 10 ilə qədər azaqdlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

 

Ölkənin ədliyyə naziri Rüstəm Badasyan qanun layihəsinin qəbul olunacağı halda, cəmiyyətin “qanuni oğru” anlayışından xilas ola biləcəyini əlavə edib. Müxalifət deputatları ilə qanunun qəbul olunacağı halda, onun tətbiq mexanizmlərinin sual doğuracağını vurğulayıblar. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!