Modern.az

Ölkədə yaşayan əcnəbilərin sayında artım var - Vüsal Hüseynov

Ölkədə yaşayan əcnəbilərin sayında artım var - Vüsal Hüseynov

23 Yanvar 2020, 10:54

"Dövlət Miqrasiya Xidməti qaçqın statusunda yaşayan şəxslərin digər ölkələrə səfər edə bilməsi üçün yol sənədi təqdim edəcək".

 

Modern.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib. O, ölkədə yaşayan əcnəbilərin sayında artımın olduğunu da vurğulayıb:

 

"2019-cu ildə ölkəyə 3 milyon 170 min əcnəbinin girişi qeydə alınıb ki, bu da ondan əvvəlki illə müqayisədə 11,4 faiz artım deməkdir. Qaçqın statusunda yaşayan əcnəbilərə vəsiqənin təqdimi ilə onlara beynəlxalq öhdəliklərə uyğun olaraq bu gün yol sənədi təqdim edilir. Sənəd ölkədə qaçqın statusu ilə yaşayan əcnəbilərə veriləcək".

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır