Modern.az

Jalə Əliyeva Zərdabda seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR

Jalə Əliyeva Zərdabda seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR

Aktual

24 Yanvar 2020, 10:06

92 saylı Zərdab-Ucar Seçki Dairəsindən deputatlığa namizəd, professor, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva Zərdab rayonunda seçicilərlə görüşlərini davam etdirir.

 

Modern.az xəbər verir ki, Jalə Əliyevanın yanvarın 23-də Zərdabın Məlikli, Sarıqaya, Qoruqbağı və Burunlu kəndlərinin sakinləri ilə Qoruqbağı kəndində baş tutan görüşü də  izdihamlı və çoşqulu keçib.

 

Görüşdə çıxış edən kənd sakinləri başqaları ölkədə aparılan böyük islahatlardan, ölkə başçısı İlham Əliyevin diqqəti ilə Zərdab rayonunda gedən quruculuq işlərindən məmnunluq ifadə ediblər.

 

Sakinlər son 15 ildə deputatın onları MM-də layiqincə təmsil etdiyi, Zərdabın problemlərini dönə-dönə səsləndirdiyi üçün təşəkkür ediblər.

 

Xatırladaq ki, hər 4 kənddə qazlaşdırma, elektikləşdirmə işləri başa çatıb, yeni transformatorlar quraşdırılıb.

 

Xüsusilə, iki kənddə-Məlikli və Sarıqaya kəndlərində bir neçə il öncə qazlaşdırma ilə bağlı yaranmış problem həll olunub. Problem isə ondan ibarət olub ki, bu iki kənddə yerləşən evlərin bir hissəsi Kür çayının mühafizə bəndinin mühafizə zolağında yerləşir.

 

Ona görə bu evlərin qazlaşdırılmasını həyata keçirmək mümkün olmayıb. Ancaq deputatın Meliorasiya və Su Təsərrüfatı ASC-yə və Nazirlər Kabinetinə müraciətindən sonra  mühafizə bəndinin istiqaməti dəyişdirilib, bəndin yolu tamamilə başqa istiqamətdə qurulub. Bundan sonra evlərin qazlaşdırılması mümkün olub.

 

Ötən müddətdə həmçinin, adıçəkilən kəndlərə su bulaqları çəkilib.

 

Məlikli kəndində yerləşən kənd sahə xəstəxanası 2018-ci ildə təmir olunub. Burunlu kəndində modul tipli yeni məktəb binası tikilib.

O cümlədən, 2011-cı ildə Qoruqbağı kəndində uşaq bağçası tikilib istifadəyə verilib. Məlikli kəndində “Maralçıxan” deyilən ərazidə millət vəkilinin təşəbbüsü ilə su nasosu quraşdırılıb.

Onu da qeyd edək ki, adları çəkilən kəndlər hazırda əsaslı tikinti-təmir işləri aparılan Zərdab-Ağcabədi yolunun üstündə yerləşən kəndlərdir. Vaxtilə yolun bərbad olması üzündən gediş-gəliş cətin olan bu kəndlərə artıq qısa zaman kəsiyində gedib-gəlmək mümkünləşib, rahatlaşıb.

Odur ki, görüş iştirakçıları görülən bu işlərə görə, ölkə Prezidenti başda olmaqla, aidiyyatı qurumlara və şəxslərə, eləcə də, bu məsələləri davamlı şəkildə çıxışlarında dilə gətirdiyinə və onların həllinə nail olduğuna görə, millət vəkilinə öz dərin təşəkkürlərini və minnətdarlıqlarını ifadə ediblər.

Eyni zamanda, təkcə rayon səviyyəli deyil, ölkə səviyyəli sosial problemlərin həlli məsələsini davamlı olaraq parlamentdə qaldırılmasına görə, kənd sakinləri tərəfindən deputata minnətdarlıq ifadə olunub.

 

Deputat da öz növbəsində hər zaman öz mövqeyi ilə dövlətinin və xalqının yanında olduğunu, ölkə Prezidentini daim dəstəklədiyini və dövlət başçısının atdığı bütün addımların məhz Azərbaycan xalqının mənafeyi naminə atıldığını bir daha seçicilərinin diqqətinə çatdırıb.

 

 Görüşdə çıxış edən Qoruqbağı kənd sakini Rövşən Xəlilov və Məlikli kənd sakini Nüranə Hüseynova deputatlığa namizədi dəstəklədiklərini, 9 fevtalda ona səs verəcəklərini biuldiriblər.

 

Həmçinin, deputatlarına kənd və rayon üçün gördüyü işlərə, fərdi qaydada insanların problemlərinin həllinə yaxından köməklik göstərdiyinə görə, minnətdarlıqlarını bildiriblər.

 

Eyni zamanda, qeyd edək ki,  görüşdə parlament seçkilərini izləmək üçün Azərbaycanda səfərdə olan ATƏT missiyasının nümayəndələri də iştirak ediblər.

 

Deputatlığa namizəd də onların iştirakını nəzərə alaraq, Ermənistan –Azərbaycan münaqişəsindən, Dağlıq Qarabağ problemindən, Ermənistanın işğalçılıq və təcavüzkarlıq siyasətindən bəhs edib.

 

Qeyd edib ki, münaqişə 32 ildir davam edir, lakin bugünədək də öz həllini tapmayıb. Çünki dünya birliyi, beynəlxalq ictimaiyyət, o cümlədən, ATƏT-in Minsk  qrupu Ermənistanın təcavüzkarlıq və işğalçılıq siyasətini gözməzdən gəlir, ikili standartlara yol verir. Bununla belə, bütün çətinliklərə baxmayaraq, Azərbaycan inkişaf edir, ona edilən çeşidli təzyiqlərə mətanətlə sinə gərərək dünyadakı yerini, mövqeyini, nüfuzunu artırır, gücləndirir.

 

Xatırladaq ki, bütün görüşlərdə millət vəkilinin fəaliiyətindən bəhs edən videoçarx da nümayiş olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır