Modern.az

Azay Quliyev seçicilərin müraciətlərini dinlədi, onları əmin etdi - FOTOLAR

Azay Quliyev seçicilərin müraciətlərini dinlədi, onları əmin etdi - FOTOLAR

24 Yanvar 2020, 19:54

Azay Quliyev 8-ci mikrorayon İbrahimpaşa Dadaşov küçəsinin sakinləri ilə görüşüb

 

Modern.az xəbər verir ki, bu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev 8-ci mikrorayondakı İbrahimpaşa Dadaşov küçəsi 72 və 74 saylı binaların sakinləri ilə görüş keçirib. Əlverişsiz hava şəraitinə baxmayaraq seçicilər görüşdə iştiraka böyük maraq göstəriblər. Görüşdə Azay Quliyevin son 4 illik deputatlıq fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

Azay Quliyev çıxış edərək ilk dəfə Azərbaycanda 8 saylı Binəqədi birinci seçki dairəsində tətbiq olunan seçicilərin elektron kabinetinin (e-kabinet) əhəmiyyəti və üstünlükləri haqqında ətraflı məlumat verib.

 

Daha sonra seçicilərin müraciətlərini dinləyən Azay Quliyev onların həlli üçün müvafiq addımlar atacağını və əlaqədar qurumlar qarşısında məsələ qaldıracağını deyib.


Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi