Arxiv
26 Yanvar 2020, 12:38 | ÖLKƏ
İslahatlar məhkəmə-hüquq sisteminə də çatacaq – VAHİD ƏHMƏDOV

Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” konfransında Azərbaycanda aparılan islahatlar haqqında danışıb. Ölkə başçısı ötən həftə yayımlanan çıxışında Azərbaycanda fevralın 9-na təyin olunan növbədənkənar parlament seçkilərinin nəticələri əsasında formalaşdırılacaq Milli Məclisin yeni tərkibi ölkədə aparılan sosial-iqtisadi islahatların vacib hissəsi olacağını vurğulayıb:

 

 “Yaxın aylarda biz əhaliyə etimad göstərdikləri şəxsləri seçmək imkanı vermək üçün növbədənkənar parlament seçkiləri keçirəcəyik. Parlament isə seçkilərdən sonra islahatların çox vacib hissəsi olacaq”, - dövlət başçısı qeyd edib.

 

Prezident bildirib ki, Azərbaycanda aparılan islahatlar çərçivəsində ölkə hökumətinin tərkibi əhəmiyyətli dərəcədə yenilənib.

 

Milli Məclisin deputatı Vahid Əhmədov bildirir ki, Azərbaycanda islahatlar davamlı olaraq aparılır:

 

“Bu bir ayın, bir ilin məsələsi deyil. İlk olaraq, ölkə başçısı məhkəmə-hüquq sistemi ilə əlaqədar fərman verib. Bununla bağlı həmin sistemdə çox ciddi islahatlara ehtiyac var. Orada həm kadr dəyişikliyi getməli, həm digər məsələlər öz həllini tapmalıdır.

 

İlk dəfə olaraq, Azərbaycanda paralel ekspertiza yaratmağa icazə verdilər. Kadrların dəyişilməsi prosesi isə hələ başa çatmayıb. Bir sıra nazirliklər var ki, kadr dəyişikliyi bu qurumlarda davam edəcək”.

 

Vahid Əhmədov onu da söyləyib ki, ölkədə köklü islahatların davamı kimi yeni parlament təsdiq olunandan sonra nəzərdə tutulan digər məsələlərə də baxılması məntiqi ardıcıllıqdır:

 

“Mən hesab edirəm ki, islahatlar davamlı olacaq, heç zaman dayanmayacaq. Zamana uyğun qanunlar, qərarlar qəbul edilir.

 

Yeni parlament fəaliyyətə başlayandan sonra qanunvericilik sahəsində hansı islahatların aparılacağı barədə isə indidən fikir söyləmək çətindir. Çünki bunun üzərində işləmək lazımdır. Bizim bir neçə qanun layihələrimiz var ki, hələlik qəbul edilməyib. Onlardan biri də “Təhsil kreditləri haqqında” Qanun layihəsidir. Yəqin ki, bu qanun layihələrinə də yeni tərkibdə parlament formalaşdırıldıqdan sonra baxılacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İcra başçılarını qorxudan gizli kameraların yeri - Onlar pultla idarə edilir 25 Fevral 2020, 13:17 Antarktidada qırmızı qar yağdı 25 Fevral 2020, 13:05 Əbülfəs Qarayev Masallıda vətəndaşlarla görüşdü 25 Fevral 2020, 13:02 DİN polisin qətli ilə bağlı məlumat YAYDI 25 Fevral 2020, 12:57 Sabahın HAVA PROQNOZU - duman, çiskin, külək, qar 25 Fevral 2020, 12:54 “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi 25 Fevral 2020, 12:48 Bu gün su çərşənbəsidir - İNANCLAR   25 Fevral 2020, 12:39 Səhiyyə Nazirliyi əhaliyə müraciət etdi - koronavirusa görə 25 Fevral 2020, 12:36 Hafiz Hacıyev koronovirusa yoluxub? 25 Fevral 2020, 12:34 Bakı-Sumqayıt yolunda yük maşını çuxura düşdü - FOTO 25 Fevral 2020, 12:28 UNEC-də Xocalı soyqırımının 28-ci ildönümü qeyd olundu - FOTO 25 Fevral 2020, 12:22 Araşdırmaçı jurnalist Sarayevoda türk izi axtarır 25 Fevral 2020, 12:11 İranlıları görən kimi atəş açın! – Sərhədçilərə göstəriş 25 Fevral 2020, 12:03 Namizədliyini verən 135 nəfər YAP-dan çıxarılıb - Siyavuş Novruzov 25 Fevral 2020, 11:59 AZƏRTAC-100: Bir əsrlik yola beş fərqli zaman nöqtəsindən baxış 25 Fevral 2020, 11:53 Putin-Ərdoğan görüşünün tarixi məlum oldu 25 Fevral 2020, 11:49 İtaliya səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcək - Pərvin Kərimzadə 25 Fevral 2020, 11:48 87 prokuror vəzifəsinə təyinatla əlaqədar müsabiqə elan EDİLDİ 25 Fevral 2020, 11:38 Dünya zənginləri 1 sutkada 140 milyard dollar İTİRDİ 25 Fevral 2020, 11:28 Paytaxtda 7 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilir 25 Fevral 2020, 11:27 Şəhid əsgərimiz dəfn olundu- VİDEO - YENİLƏNİB 25 Fevral 2020, 11:23 Fərəc Quliyev yenə deputatlığa namizəd olacaq   25 Fevral 2020, 11:22 Xocalıdan qaçan KÖRPƏ 25 Fevral 2020, 11:21 Ərdoğan Bakıya gəlir 25 Fevral 2020, 11:13 Ev heyvanları koronavirus daşıyıcısıdır? 25 Fevral 2020, 10:45 20 yanvar qırğının əsas baiskarlarından biri 97 yaşında öldü 25 Fevral 2020, 10:43 Xaçmaz sakini evdən samovar oğurladı - FOTO 25 Fevral 2020, 10:42 Türkiyənin səhiyyə naziri koronavirusa görə Oqtay Şirəliyevə zəng etdi 25 Fevral 2020, 10:32 Bakıda ali məktəb koronavirusa görə dezinfeksiya edildi 25 Fevral 2020, 10:21 Şəkidə ağır qol qəzası - 1 nəfər öldü, 5-i yaralandı 25 Fevral 2020, 10:17 Paytaxtın bu küçələri BAĞLANIR - Paytaxt polisi sürücülərə müraciət etdi 25 Fevral 2020, 10:12 Məhkəmə işlərinin 10-dan ən az 6-sı problemli kreditlərlə bağlıdır 25 Fevral 2020, 10:05 Polis 50 şübhəlini saxladı 25 Fevral 2020, 09:54 Cəbhədə gərgin gecə - düşmən snayperləri mövqelərimizi nişan aldı 25 Fevral 2020, 09:52 Xırdalanda işıq olmayacaq 25 Fevral 2020, 09:48