Arxiv
26 Yanvar 2020, 15:39 | ÖLKƏ
Çində karantin bölgəsində qalan azərbaycanlılar: “Vətənə göndəriləcəyimiz xəbərini gözləyirik”

Çin Xalq Respublikası Regionlarının Gigiyena və Səhiyyə Məsələləri üzrə Komitəsinin  bu günə olan məlumatına görə, koronavirusa yoluxanların sayı 2002 nəfərə çatıb. Qeyd edilir ki, yeni xəstəlik həmçinin 56 nəfərin həyatına son qoyub. 

 

Yayılan təhlükə nəticəsində ölkənin Hubey vilayətinin on üç şəhərində karantin elan edilib. Karantin elan edilən ərazilərdə azərbaycanlı tələbələr də var və onlar ölkəyə qayıda bilmirlər.

 

Hazırkı vəziyyətlə bağlı Modern.az-a danışan Çinin karantin elan edilmiş Vuhan şəhərində yaşayan doktorantura tələbəsi Leyla Quliyeva bu gün də eyni durumun hökm sürdüyünü söyləyib:

 

“Evdə oturmuşuq. Küçəyə çıxa bilmirik. Heç bir məlumat yoxdur. Universitetdəki tələbələr də eynilə kampus ərazisində gözləyirlər. Vəziyyət stabildir. Azərbaycanın Çindəki səfirliyi bizim və digər azərbaycanlıların ərazidən çıxarılması ilə bağlı Çin hökuməti ilə danışıqlar aparır. Bu təkcə bizə xas olan məsələ deyil. Burada yaşayan başqa ölkələrin vətəndaşları da var ki, çıxmaq üçün öz səfirlikləri ilə əlaqə saxlayıblar. Çin tərəfi nəinki Azərbaycan səfirliyinə, bütün digər səfirliklərə təxliyyə məsələsi ilə bağlı neqativ cavab verir. Rəsmi proseslər davam edir”.

 

Həmyerlimiz karantin elan edilən bölgələrdəki digər azərbaycanlılarla əlaqə saxladıqlarını da vurğulayıb:

 

“Digər həmyerlilərimizdə də əlaqə saxlayırıq. Çoxu kampusdadırlar, yaxşıdırlar. Hələ ki, hər şey qaydasındadır. Hamımız Azərbaycana göndəriləcəyimiz xəbərini gözləyirik”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Daha bir seçki dairəsində iki məntəqənin nəticəsi ləğv edildi 19 Fevral 2020, 17:21 Qidanın keyfiyyətini harada və necə yoxlatmalı? 19 Fevral 2020, 17:16 Aydın Mirzəzadənin lider namizəd olduğu dairə ilə bağlı QƏRAR VERİLDİ 19 Fevral 2020, 17:00 Axşam Xətai rayonunda su olmayacaq 19 Fevral 2020, 16:53 "Azərişıq" 5 min manat cərimə olundu 19 Fevral 2020, 16:46 MSK ittihamlara cavab verdi: “Bu hal ola bilməz” 19 Fevral 2020, 16:38 Protokolları verməkdən boyun qaçıran məntəqədə nəticələr ləğv olunacaq - Məzahir Pənahov 19 Fevral 2020, 16:30 Əhəd Abıyev Daşkəsəndə səyyar qəbul keçirdi 19 Fevral 2020, 16:24 Sevinc Fətəliyevanın dairəsində 5 məntəqənin nəticələri ləğv olundu 19 Fevral 2020, 16:22 MSK daha 3 dairə ilə bağlı QƏRAR VERDİ 19 Fevral 2020, 16:15 MSK-nın iclası BAŞLADI 19 Fevral 2020, 16:09 Paşinyan 2 generalı qovdu 19 Fevral 2020, 16:03 Saxta sənədlərlə maliyyə əməliyyatı aparan şəxslər SAXLANILDI 19 Fevral 2020, 15:57 Vidadi Zeynalovun əmlakı ilə bağlı araşdırma aparılır 19 Fevral 2020, 15:50 Sosial xidmətin inkişafına dair Milli Strategiya layihəsi hazırlanıb 19 Fevral 2020, 15:42 TƏBİB Ağdaşda yayılan təhlükəli virusla bağlı məlumat yaydı 19 Fevral 2020, 15:36 11 məntəqə ləğv edildi, fərq isə belədir... 19 Fevral 2020, 15:06 Ukraynadakı diaspor lideri GİLEYLƏNDİ: “Səfirin bizə qarşı qarayaxmalarını başa düşə bilmirəm” 19 Fevral 2020, 15:00 Bakı-Qazax yolunda raket tapılıb - FOTO 19 Fevral 2020, 14:54 Dağlıq Qarabağın azərbaycanlı icması ermənilərin saxtakarlığına münasibət bildirdi 19 Fevral 2020, 14:48 Bu fotoyla məşhurlaşan kənd müəllimi nazirliyə dəvət olundu - FOTO 19 Fevral 2020, 14:42 Ağır yol qəzası: 1 nəfər ölüb, 3 nəfər xəsarət 19 Fevral 2020, 14:36 Azərbaycanın bu ərazisində təhlükəli xəstəliklər yayıldı 19 Fevral 2020, 14:30 Azərbaycanda uzunömürlülərin sayı AÇIQLANDI 19 Fevral 2020, 14:24 “Lionel Messi ilə bu mükafatı bölüşmək möhtəşəm hissdir” - Formula 1 üzrə dünya çempionu 19 Fevral 2020, 14:18 Türkiyənin Azərbaycandakı səfiri rektorla görüşdü 19 Fevral 2020, 14:12 Amerikalı konqresmenlər Qarabağdakı “seçkilər”ə öz nümayəndələrini göndərir 19 Fevral 2020, 14:12 Dairə Seçki Komissiyasının sədri komaya düşdü 19 Fevral 2020, 14:06 Tovuzda təkərin partlaması ölümlə nəticələndi 19 Fevral 2020, 14:00 Türkiyə hər an əməliyyatlara başlaya bilər - Ərdoğan açıqladı 19 Fevral 2020, 13:54 Azərbaycanlı deputat gürcü politoloqun təxribatına CAVAB VERDİ 19 Fevral 2020, 13:48 Müdafiə Nazirliyi Xocalı tədbirləri keçirəcək 19 Fevral 2020, 13:41 Bakıda 40-a yaxın sərnişini soyan şəxs tutuldu 19 Fevral 2020, 13:37 Bakıda çay evində 24 yaşlı oğlan ürəyindən bıçaqlandı 19 Fevral 2020, 13:30 İranda koronavirus aşkarlandı 19 Fevral 2020, 13:24