Modern.az

ABŞ-da təhlükəli virusa yoluxanların sayı artıb

ABŞ-da təhlükəli virusa yoluxanların sayı artıb

Aktual

26 Yanvar 2020, 20:35

ABŞ-da daha bir yeni növ koronavirusa yoluxma faktı qeydə alınıb.

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki,  bu barədə Kaliforniyada Orinc dairəsinin Səhiyyə Agentliyinin press-relizində deyilir.

Bildirilir ki, yeni növ koronavirusa yoluxan şəxs Çinin Uxan şəhərindən ABŞ-a gəlib. O, hazırda xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, daha əvvəl ABŞ-da yeni növ koronavirusa 2 yoluxma faktı qeydə alınmışdı.

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı