Modern.az

“Qiymət münasib olarsa, formalar da satılar” - Təhsil naziri

“Qiymət münasib olarsa, formalar da satılar” - Təhsil naziri

27 Yanvar 2020, 13:30

Qanunvericiliyə əsasən məktəbli forması və yaxud məktəb ləvazimatlarının qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi nəzərdə tutulmayıb. Onlar tələb-təklif əsasında təyin edilir.

 

Modern.az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

Nazir bildirib ki, qiymətlərin müəyyən edilməsi keyfiyyət və forma ilə əlaqədar olaraq, istehsalçılardan asılıdır:

 

"Məktəbli formalarının qiyməti yüksək olmamağı tövsiyə edilir. Bir sıra istehsalçılar buna riayət edir. Bizdə olan məlumata görə istehsalçıların özü də qiymətlərin aşağı olmasına maraqlıdır. Çünki qiymət münasib olarsa, formalar da satılar".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var