Arxiv
27 Yanvar 2020, 20:35 | ÖLKƏ
“Azərbaycan şirkəti nefti istənilən yerə tədarük edə bilər” - Prezident İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Dünya İqtisadi Forumu çərçivəsində Davosda Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibə verib. “Rossiya-1” və “Rossiya-24” kanalları dövlətimizin başçısının müsahibəsini yayımlayıb.

Modern.az  xəbər verir ki, “Rossiya-24” televiziya kanalında yayımlanan müsahibəni təqdim edir:

Aparıcı: “OPEK+” bu gün neftin ədalətli qiymətini müəyyənləşdirməyə kömək edən çoxtərəfli əməkdaşlığın uğurlu formatıdır. Neft bazarının iştirakçıları arasındakı sövdələşmə öz səmərəsini göstərdi. Onu uzatmaq gərəkdir. Bu fikirləri kanalımıza müsahibədə Davos Forumunun kuluarlarında Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

- Yaxın Şərqdə müşahidə olunan gərginlik nəzərə alınmaqla bu il neftin qiymətinin hansı dinamikasını gözləmək olar?

- Proqnoz vermək çətindir. Düşünürəm ki, qiymətlərin bugünkü səviyyəsi həm istehsalçıları, həm də istehlakçıları qane edir. Azərbaycana gəldikdə, bu il bizim büdcəmizdə neftin bir barrelinin qiyməti 55 dollar nəzərdə tutulub. Lakin indi qiymət xeyli yüksəkdir. Buna görə də düşünürəm ki, əgər hər hansı forsmajor vəziyyət yaranmasa, qiymət 55-65 dollar diapazonunda qalacaq. Üstəlik, “OPEC+” formatı çox səmərəlidir və Azərbaycan bu formatın işində fəal iştirak edir. Biz öz üzərimizə götürdüyümüz öhdəliklərlə əlaqədar hasilatı azaldırıq və mahiyyət etibarilə bu gün OPEC-ə daxil olmayan ölkələr də özlərini OPEC üzvləri kimi aparırlar. Buna görə də “OPEC+” çoxtərəfli əməkdaşlığın olduqca uğurlu formatıdır və bizim fikrimizcə, mahiyyət etibarilə, bu gün neftin qiymətinin ədalətli olduğunu müəyyənləşdirib.

- Sizin fikrinizcə, “OPEK+” sazişinin müddətini uzatmaq lazımdırmı?

- Əlbəttə, bu məsələ ən yaxın vaxtlarda müzakirə ediləcək. Lakin hesab edirəm ki, konkret nəticələr gördüyümüzü nəzərə alaraq bunun müddətinin uzadılması, əlbəttə, məqsədəuyğundur. Çünki müddət uzadılmasa, bazarın necə reaksiya verəcəyini bilmirik, yenidən müxtəlif spekulyativ meyillər yarana bilər. Buna görə hesab edirəm ki, müddətin uzadılmasının əhəmiyyəti var.

- Sizcə, bu gün dünyada çoxqütblülük əlamətləri varmı?

- Şübhəsiz, bu gün dünya məhz çoxqütblü dünya kimi inkişaf edir. Bir neçə güc mərkəzi var. Əlbəttə, bizi narahat edən məsələlər var - regionumuzda gərginliyin artması. Lakin biz müsbət dinamikanı da görürük, əvvəllər bu cür sıx qarşılıqlı fəaliyyəti olmayan ölkələr bu gün demək olar ki, müttəfiqlər kimi hərəkət edir və regional sabitliyə böyük töhfə verirlər. Buna görə də çoxqütblü dünya artıq reallıqdır. Düşünürəm ki, bu meyillər getdikcə daha da möhkəmlənəcək. Bu, müsbət haldır, çünki bu, dünyada sabitliyə zəmanətdir.

- Hər halda, dünyada ölkələrdən birinin daha çox birqütblü dünyaya meyil etməsi əlaməti yoxdurmu?

-Bilirsiniz, iri ölkələrin həmişə öz hüdudlarından kənarda maraqları olur və hər ölkə özü üçün daha yaxşı şəraitə nail olmaq, öz təsir dairəsini genişləndirmək istəyir. Burada təzə heç nə yoxdur. Biz bunu əsrlər boyu müşahidə edirik, sadəcə, müxtəlif intensivlik dərəcəsi ilə. Buna görə məsələ bunda deyil, bugünkü dünya nizamının konstruksiyası, o cümlədən beynəlxalq münasibətlərin konstruksiyası çoxqütblülüyü nəzərdə tutur. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin tərkibinə baxsaq, bu, artıq dünyanın çoxqütblülüyünün əksidir. Daimi üzvlərdən birinin razılığı olmadan heç bir qərar qəbul edilə bilməz. Buna görə də düşünürəm ki, ölkələr özləri üçün birqütblülüyü təmin etməyə çalışmamalı, əksinə, hamı üçün sərfəli olan əməkdaşlıq elementləri tapmalıdırlar.

- Azərbaycan Belarus Respublikasını neftlə təchiz edəcəkmi?

- Bilmirəm. Bu sual mənə deyil, yəqin ki, Neft Şirkətinə aiddir. Bir neçə il bundan əvvəl biz Belarusu neftlə təchiz edirdik və sonradan Belarus tərəfinin təşəbbüsü ilə bu proses dayandırılmışdır. Əgər yenidən belə ehtiyac yaransa, Azərbaycan Dövlət Neft Şirkəti bu məsələni nəzərdən keçirəcək. Bu gün “SOCAR Traiding” şirkəti ən iri treydinq şirkətlərindən biridir və onun satdığı neftin çox hissəsi Azərbaycanda hasil edilməyən neftdir. Buna görə, sırf texniki baxımdan Azərbaycan şirkəti nefti istənilən yerə tədarük edə bilər. Lakin qiymət məsələsi, logistika məsələsi, kontrakt öhdəlikləri ilə bağlı məsələ - bütün bunlar müvafiq şirkətlər arasında müzakirə edilməlidir.

- Çox sağ olun.

- Sağ olun.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baba Rzayev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri ilə görüşdü 28 Fevral 2020, 10:28 Dövlət Sərhəd Xidmətindən koronavirusla bağlı VACİB AÇIQLAMA 28 Fevral 2020, 10:23 Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar qərargah faəliyyətə başladı 28 Fevral 2020, 10:16 Deputat kütləvi tədbirlərə qarşı: “Mitinqdə bir virus daşıyıcısı minlərlə insanı yoluxdura bilər” 28 Fevral 2020, 10:10 Ermənilər Xocalı Soyqırımına görə məsuliyyəti üzərlərinə götürüblər - TARİX 28 Fevral 2020, 10:03 Rusiyada axtarışda olan Azərbaycan vətəndaşı saxlanıldı   28 Fevral 2020, 10:00 Diaspor Gənclərinin Yay Düşərgəsi: İdeoloji zənginlik, Birlik, Qarabağ...   28 Fevral 2020, 09:54 Bakıdan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı 28 Fevral 2020, 09:48 Rüfət Quliyev Tacikistanda parlament seçkilərini müşahidə edəcək 28 Fevral 2020, 09:42 Haram qidalar insanın qeyrətində də problemər yaradır - İLAHİYYATÇI İLƏ MÜSAHİBƏ 28 Fevral 2020, 09:36 Əsəd  hücumun əvəzini çox ağır verəcək - Vitse-prezident 28 Fevral 2020, 09:32 Kirayə mənzil almaq istəyənlərin nəzərinə 28 Fevral 2020, 09:26 “Öz ifaçılarımı axtarıram, hələ də tapa bilmirəm” - Doğum gününü qeyd edən Xalq artisti 28 Fevral 2020, 09:20 Ermənilər snayperləri işə saldılar - Cəbhədə təxribat 28 Fevral 2020, 09:14 Bakıda itkin düşən 5 nəfər tapıldı 28 Fevral 2020, 09:07 Suriyanın itkiləri: 17 gündə 1709 əsgər, 55 tank 28 Fevral 2020, 09:00 Daha bir ölkədə koronavirus qeydə alındı 28 Fevral 2020, 08:24 Çində koronavirusa yoluxanların yarısı sağalıb 28 Fevral 2020, 08:11 Türkiyə 33 şəhid verdi 28 Fevral 2020, 08:03 Təlim-döyüş təyyarəsi qəzaya uğradı 28 Fevral 2020, 00:53 Bərdədə qadın baltalanaraq qətlə yetirilib 28 Fevral 2020, 00:43 Bu komandalar Avropa Liqasının 1/8 finalında 28 Fevral 2020, 00:30 Bakıda “Bakubus” avtobusları dezinfeksiya edilir 28 Fevral 2020, 00:17 DTK-nın ermənilərlə birlikdə törətdiyi Sumqayıt hadisələrindən 32 il ötür 28 Fevral 2020, 00:01 Alimlər havasız yaşaya bilən canlı aşkarladılar 27 Fevral 2020, 23:22 Sabirabadda müəllimə bıçaqlandı 27 Fevral 2020, 23:06 Azərbaycanda koronavirusa görə məktəblər bağlanacaq? - Rəsmi 27 Fevral 2020, 22:48 Daşkəsəndə gənc hündürlükdən yıxılaraq ağır xəsarət alıb 27 Fevral 2020, 22:33 Bu ölkədə koronavirusdan ölənlərin sayı 17-yə çatdı 27 Fevral 2020, 22:19 WhatsApp qruplarının təhlükəsizlik problemi 27 Fevral 2020, 22:01 “Ermənicə-Azərbaycanca lüğət” çap edildi 27 Fevral 2020, 21:46 İranda 116 nəfərin koronavirusdan öldüyü iddia edilir 27 Fevral 2020, 21:32 Avropadan Türkiyəyə qarşı gözlənilməz addım 27 Fevral 2020, 21:18 “Azərbaycan İranla sərhəddə səyyar  hospitallar təşkil edir”  - RƏSMİ 27 Fevral 2020, 21:02 Yaponiyanın Azərbaycandakı səfirliyində rəsmi qəbul keçirilib 27 Fevral 2020, 20:45