Arxiv
29 Yanvar 2020, 13:58 | AKTUAL
Siyavuş Novruzov Şahbuz şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb - FOTO

5 saylı Şahbuz-Babək seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Dünyamalı oğlu Novruzov seçicilərlə görüşlərini davam etdirir. Növbəti görüş yanvarın 28-də Şahbuz şəhər ictimaiyyətinin nümayəndələri ilə keçirilib. Görüşdə ziyalılar, gənclər və geniş ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Modern.az-ın məlumatına görö, görüşü giriş sözü ilə açan YAP Şahbuz rayon təşkilatının sədri Rizvan Məmmədov qarşıdan gələn parlament seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu qeyd edib. Deputatlığa namizəd Siyavuş Novruzovun fəaliyyəti haqqında məlumat verən R. Məmmədov deyib ki, o, ötən müddət ərzində seçicilərini parlamentdə layiqincə təmsil edib.

 

Deputatlığa namizəd Siyavuş Novruzov təbliğat-təşviqat kampaniyası çərçivəsində Şahbuz rayonunun 23 kəndində seçicilərlə məhsuldar görüşlərinin olduğunu diqqətə çatdıraraq deyib: "Görüşlər zamanı insanlar layiqli həyat şəraitlərinin və yüksək rifahlarının təmin olunmasına görə ölkə Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyevə, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlıqlarını ifadə etdilər. Prezident İlham Əliyev muxtar respublikanın inkişafına daim böyük diqqət göstərib. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsi kimi, muxtar respublika iqtisadiyyatının dayanıqlı inkişafı təmin olunub, əhalinin rifah halı daha da yaxşılaşıb. Muxtar respublika ərazisində, o cümlədən Şahbuz rayonunda və onun bütün kəndlərində genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, müasir standartlar əsasında təhsil müəssisələri, sağlamlıq ocaqları tikilib və ya əsaslı təmir olunub, respublika əhəmiyyətli və bütün kənd yolları yenilənib, yüksək səviyyəli infrastruktur quruculuğu həyata keçirilib, fasiləsiz elektrik, qaz və su təminatı yaradılıb. Bütün bunlar inkişaf və tərəqqinin bariz nümunəsidir".

 

O, təmsil etdiyi Yeni Azərbaycan Partiyasının fevralın 9-da keçiriləcək parlament seçkilərinə inamlı qələbə əzmi ilə getdiyini bildirib. Yeni Azərbaycan Partiyasının zəngin və şərəfli inkişaf yoluna nəzər salan S.Novruzov deyib ki, YAP Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin Sədrliyi ilə öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirir, qatıldığı bütün seçkilərdə parlaq qələbələr qazanır. O, YAP-ın seçki proqramına nəzər salaraq son 5 il ərzində əldə olunmuş uğurlar barəsində və ölkəmizin daha da inkişafı üçün partiyanın 10 addım paketi haqqında məlumat verib: "Qarşıdakı dövrdə dayanıqlı iqtisadi inkişafın davam etdirilməsi, sahibkarlığın gücləndirilməsi, təhsilin səviyyəsinin artırılması, əhalinin rifahının daha da yaxşılaşdırılması, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ərazi bütövlüyümüzün bərpa olunması yönündə fəaliyyətin davam etdirilməsi və digər istiqamətlər strateji prioritetlər kimi müəyyənləşdirilib".

 

Xalqın ümumxalq partiyası olan YAP-a olan yüksək inam və etimadının bu seçkilərdə də özünü göstərəciyini deyən Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının möhtəşəm qələbə qazanacağına əminliyini ifadə edib. O, seçiciləri fevralın 9-da parlament seçkilərində fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.

 

Şahbuz rayon ziyalısı, şəhər xəstəxanasının həkimi Taməddin Cəbiyev rayon ictimaiyyətinin daim Yeni Azərbaycan Partiyasına etimad göstərməsinin təsadüfi olmadığını bildirib: "YAP cəmiyyətin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirib, ona görə də xalqın partiyasıdır. Ziyalıların seçimi daim Yeni Azərbaycan Partiyası olub. Çünki bu partiya Azərbaycanın inkişafına dəyərli - layiqli töhfələr verib, ölkəmiz partiyamızın Sədri, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə misilsiz nailiyyətlər qazanaraq möhtəşəm zirvələr fəth edib. Mən bütün ziyalıları, rayon ictimaiyyətini YAP-ın namizədinə səs verməyə çağırıram".

 

YAP Şahbuz rayon təşkilatının Gənclər Birliyinin sədr müavini Aytac Elyazova ölkəmizdə cəmiyyətin fəal və aparıcı təbəqəsi olan gənclərin YAP-ın hərtərəfli qayğısı ilə əhatə olunduğunu deyib. O, Ümummilli Lider Heydər Heydər Əliyevin və Prezident İlham Əliyevin daim gənclərə xüsusi diqqət və qayğı göstərdiyini bildirib: "Partiyamız gənclərin intellektual potensialından və kreativ ideyalarından səmərəli istifadə edir. Azərbaycan gəncliyinin seçimi gənclərin partiyası olan YAP-dır".

 

Tədbirdə çıxış edən seçicilər xalqın etimadını doğrultmuş YAP-ın namizədinə səs verəcəklərini qətiyyətlə ifadə ediblər.

 

Sonda seçicilərin təklifləri dinlənib, onları maraqlandıran suallar cavablandırılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Avropa İttifaqı koronavirusla mübarizəyə 230 milyon avro ayırır 25 Fevral 2020, 00:52 Bakıxanovda piyadanı vuran sürücü qaçdı 25 Fevral 2020, 00:36 "Rövşənin öldürdüyü" deyilən qətllərin arxasından bu ad çıxdı 25 Fevral 2020, 00:21 Bu gün Novruzun ilk çərşənbəsi qeyd olunur 25 Fevral 2020, 00:03 Daha bir ölkədə koronavirus aşkarlandı 24 Fevral 2020, 23:50 Şəkidə biri azyaşlı olmaqla 4 nəfəri it dişləyib 24 Fevral 2020, 23:33 Azərbaycan nefti ucuzlaşıb 24 Fevral 2020, 23:19 Xırdalanda 18 yaşlı gənc bıçaqlandı 24 Fevral 2020, 23:03 Ağ Ev Konqresdən koronavirusa görə 1 milyard dollar istəyəcək 24 Fevral 2020, 22:39 Şəhid İbrahim Vəliyevin cənazəsi  Zərdaba gətirildi -  VİDEO 24 Fevral 2020, 22:16 Madər Musayevin dairəsi ilə bağlı şikayət təmin edilmədi 24 Fevral 2020, 21:57 İranda koronavirusdan ölənlərin sayı artdı 24 Fevral 2020, 21:53 Ləman Ələşrəfqızının şikayəti əsasında 3 məntəqədə nəticə ləğv edildi 24 Fevral 2020, 21:36 Abşeronda 64 yaşlı qadın dənizdə batdı 24 Fevral 2020, 21:24 Ucar Seçki Dairəsində iki məntəqənin nəticələri ləğv edildi 24 Fevral 2020, 21:11 İrandan Azərbaycana gələn daha iki nəfər xəstəxanaya yerləşdirildi 24 Fevral 2020, 21:01 Sumqayıtda marşrut avtobuslarında pulsuz Wi-Fi quraşdırıldı 24 Fevral 2020, 20:46 Daha bir məntəqədə seçkilərin nəticəsi ləğv edildi 24 Fevral 2020, 20:29 MSK Azər Qasımlının şikayətini təmin etmədi 24 Fevral 2020, 20:24 AzTV-nin gənc aparıcısı sədr müavini TƏYİN OLUNDU 24 Fevral 2020, 20:06 Yeni baş direktor Əkbər Hacıyevin kadırını işdən çıxardı 24 Fevral 2020, 20:00 Ziyad Səmədzadənin dairəsi ilə bağlı qərar VERİLDİ 24 Fevral 2020, 19:41 Ceyhun Məmmədovun dairəsində bir məntəqənin nəticələri ləğv olundu 24 Fevral 2020, 19:32 MSK sədri: “Məzahir Pənahovun yanında Stalin toya getməlidir” 24 Fevral 2020, 19:23 Nigar Arpadarainin dairəsində ləğv edilən məntəqələrinin sayı 7-yə ÇATDI 24 Fevral 2020, 19:14 Bəzi şagirdləri məktəbə buraxmadılar 24 Fevral 2020, 19:05 Məzahir Pənahov: “Əsgərlərin hamısının eyni namizədə səs verməsinin səbəbini deyə bilmərik” 24 Fevral 2020, 18:56 Daha bir ərəb ölkəsində koronavirus aşkarlandı   24 Fevral 2020, 18:47 MSK Naqif Həmzəyevin dairəsini ARAŞDIRACAQ  24 Fevral 2020, 18:39 Heydər Əliyev Fondu aktyorun müalicəsini üzərinə götürdü 24 Fevral 2020, 18:36 MSK Rauf Əliyevin dairəsi ilə bağlı şikayəti RƏDD ETDİ   24 Fevral 2020, 18:28 Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat yaydı 24 Fevral 2020, 18:25 Bakıda sevgililər dəm qazından boğularaq öldü 24 Fevral 2020, 18:21 MSK-dan Nizami Cəfərovun dairəsi ilə bağlı QƏRAR - məntəqə ləğv edildi 24 Fevral 2020, 18:20 Yaranışın yeni formuluŞərq hikməti və ya “Mühəndislik fəlsəfəsi” 24 Fevral 2020, 18:14