Modern.az

Qazaxıstandan Bakıya uçan təyyarə geri qayıtdı

Qazaxıstandan Bakıya uçan təyyarə geri qayıtdı

Aktual

29 Yanvar 2020, 14:10

Qazaxıstanın “Air Astana” aviaşirkətinin Nur-Sultan-Bakı reysi ilə uçan təyyarəsi Bakıya çatmamış Qazaxıstana geri dönməli olub.

 

Bu barədə Modern.az-a aviaşirkətdən məlumat veriblər.

 

Qeyd olunub ki, bu, koronavirusla əlaqəli deyil və təyyarənin geri dönməsinə texniki nasazlıq səbəb olub:

 

“Nur-Sultan – Bakı reysi ilə uçuş həyata keçirən təyyarə qanadın buzlanmasının qarşısının alınması sistemindəki qüsurla əlaqədar geri, Nur-Sultana qayıtmalı olub”.

 

Şirkətdən onu da bildiriblər ki, eniş adi rejimdə baş tutub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir