Modern.az

Koronavirus neft qiymətlərini “vurdu”– Azərbaycanı gözləyən TƏHLÜKƏ

Koronavirus neft qiymətlərini “vurdu”– Azərbaycanı gözləyən TƏHLÜKƏ

İqtisadiyyat

3 Fevral 2020, 15:51

Çində baş qaldıran koronavirus ölkədə neftə olan tələbatı 20% azaldıb.

 

Modern.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, statistika gündəlik neft tələbatı sutkada 3 milyon barel azaldığını göstərir.

İranın neft naziri Bijan Namdar Zanqani də xəstəliyin bir sıra istehsal müəssisələrinin bağlanmasına, nəqliyyat əlaqələrinin kəsilməsinə və bunun neftə tələbatı azaltdığına səbəb olduğunu söyləyib.

 

“Citigroup” şirkətinin analitikləri Brent markalı neftin 40 dollara qədər ucuzlaşa biləcəyini əlavə edib. Onlar yanvarın 20-dən neftin 13% ucuzlaşdığını, 2020-ci ilin ilk yarısında orta qiymətin 54-47 dollar arasında olacağını gözləyir.

Çin Milli Səhiyyə Komissiyası 17 205 nəfərin koronavirusa yoluxduğunu, 361 nəfərin öldüyünü, 475 nəfərin isə sağaldığını açıqlayıb.

 

Xatırladaq ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsində neftin 1 bareli 60 dollardan hesablanır.  Hazırda dünya bazarında neftin 1 bareli üçün qiymət 55 dollar səviyyəsindədir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi