Arxiv
3 Fevral 2020, 22:43 | İQTİSADİYYAT
“Bakı-Tbilisi-Qars dəmir yolu bizim tarixi qələbəmizdir”  - İlham Əliyev 

“Davosun hesabatında Azərbaycan hava xidmətlərinə görə 11-ci yerdədir. Heydər Əliyev Beynəlxalq Aeroportu artıq beşulduzlu aeroport kimi tanınır. Dünyada belə aeroportların sayı təqribən 10-na yaxındır. Onlardan biri də Heydər Əliyev Aeroportudur”.

 

Modern.az  xəbər verir ki, bunu  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bildirib.  keçirilib.


Dövlət başçısı qeyd edib ki,  Bakı-Tbilisi-Qars dəmir yolu bizim tarixi qələbəmizdir: "Təkcə ona görə yox ki, Ermənistan əbədi dalanda qaldı. Halbuki bu da vacib məsələdir. Ona görə ki, indi bu yol həm böyük gəlir gətirir, həm də beynəlxalq əməkdaşlığı genişləndirir. İndi bu yol ilə onu tikməyə başlayanda nəzərdə tutulmayan yerlərdən də yüklər daşınır. Yəni, bu yol beynəlxalq əməkdaşlıq üçün çox önəmli infrastruktur layihəsinə çevrilib və Azərbaycan burada aparıcı ölkədir. Şərq-Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında biz xüsusi rol oynamışıq. Biz o ölkəyik ki, hər iki layihədə iştirak edirik. Ələt Beynəlxalq Dəniz Limanı Xəzərdə ən böyük dəniz limanıdır. Gəmiqayırma zavodu bizim üçün tankerlər, yük gəmiləri və istənilən gəmini istehsal edə bilər. İndi pulumuz Azərbaycanda qalır, xaricə getmir. Biz indi tankerləri, yük gəmilərini özümüz istehsal edirik. Mən ancaq 16 il ərzində görülmüş işlərin əsas məqamlarını qeyd edirəm".



İlham Əliyev vurğulatyıb ki, energetika, neft-qaz sahəsində - 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verilib: "Bunlar tikilməsəydi, kim gəlib Azərbaycanın neft sənayesinə, özü də dənizdən çıxarılacaq neftə pul qoyardı? Heç kim. Sıfır investisiya olacaqdı. Nə edəcəkdik? Xaricdən neft alacaqdıq. Biz bu kəmərləri mürəkkəb geosiyasi vəziyyətdə inşa etdik, minimum risklərlə. Sonra Bakı-Tbilisi-Qars dəmir yolu tikildi. Çünki o kəmərlər tikilməsəydi, o dəhliz açılmasaydı, dəmir yolu dəhlizi də heç vaxt olmazdı. Bu yolu tikməyə bizim pulumuz da olmazdı. Gürcüstana 800 milyon dollara yaxın kredit verməyə də gücümüz olmazdı. Ondan sonra Cənub Qaz Dəhlizi. Bu da Avropanın ən böyük infrastruktur layihələrindən biridir, bunun təxminən 40 milyard dollar maliyyəsi vardır. Bir neçə ölkəni birləşdirir, 3500 kilometr uzunluğunda dörd seqmentdən ibarət nəhəng layihədir. Burada həm siyasi məharət, həm diplomatik addımlar, həm iqtisadi gücümüz, həm də beynəlxalq banklarla əlaqələrimiz, bu yolboyu yerləşən ölkələrlə səmərəli əməkdaşlığımız, bütün bunlar rol oynayıb. Bu layihəni həyata keçirmək üçün nə qədər çətinliklər olub. Bu barədə danışmaq üçün ayrıca bir tədbir lazımdır. Amma biz bunu da başa çatdırmışıq. Təşəbbüskar da Azərbaycandır. Artıq bir neçə ildir ki, Azərbaycanda ənənəvi olaraq Cənub Qaz Dəhlizi Məşvərət Şurası keçirilir. Növbəti Şuranın toplantısı bu ayın sonunda keçiriləcək.

Yəni, qəbul edilmiş faktdır ki, bu layihələrin aparıcı qüvvəsi, təşəbbüskarı, təşkilatçısı, əsas maliyyə yükünü öz üzərinə götürən ölkə bizik - Azərbaycandır və bunu etmişik. Bu layihələrin hər biri tarixi əhəmiyyət daşıyır. Bu layihələrin, ümumiyyətlə, görülən işlərin hamısı Azərbaycan xalqı qarşısında böyük xidmətlərdir. Çıxışımın əvvəlində dediyim kimi, uğurlu inkişafımızı, sabitliyi şərtləndirən, cəmiyyətdə xoş əhval-ruhiyyəni formalaşdıran bizim siyasətimiz və addımlarımızdır. Nəyi demişiksə, onu da etmişik. Bir dənə də icra edilməmiş vəd yoxdur. Heç kim bunu tapa bilməz. 2003-cü ildə və ondan sonrakı illərdə nəyi demişəmsə, onu da etmişəm. Ona görə bizim sözümüzə də, işimizə də xalq tərəfindən böyük inam var. Mən həmişə demişəm ki, bizim sözümüzün qüvvəti imzamız qədər olmalıdır və bu gün bu, belədir".



BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu ölkədə də virusa yoluxanların sayı 100 mini ötdü 6 Aprel 2020, 01:28 Koronavirusa yoluxan Boris Conson xəstəxanaya yerləşdirildi 6 Aprel 2020, 00:59 "İctimai Qərargah ictimai sektorun  potensialını tam səfərbər edəcək" - Azay Quliyev 6 Aprel 2020, 00:51 Azərbaycanda koronavirusa yoluxanlar arasında 2-3 yaşlı uşaq da var - RƏSMİ 6 Aprel 2020, 00:43 “Koronavirusa bir yoluxma 30, bəzən isə 60 insanı yoluxdurur”  - Ramin Bayramlı  6 Aprel 2020, 00:36 SMS müraciətlərinə cavab bu səbəbdən gecikir - RƏSMİ 6 Aprel 2020, 00:21 "Ölkənin internetə artan tələbatını təmin edəcəyik" - Elmir Vəlizadə 6 Aprel 2020, 00:04 Fransada 8078  nəfər koronavirusun qurbanı oldu 5 Aprel 2020, 23:46 Türkiyədəki azərbaycanlılarla bağlı son vəziyyət belədir – JURNALİST MƏHSƏTİ ŞƏRİFLƏ MÜSAHİBƏ 5 Aprel 2020, 23:29 Deputatdan çağırış: “Səbir edək ki, sabahımız dünənimizdən daha yaxşı olsun” - VİDEO 5 Aprel 2020, 23:05 Koronavirus dünyada  62 784 can aldı 5 Aprel 2020, 22:47 Gəncədə kişi naməlum şəxs tərəfindən bıçaqlandı 5 Aprel 2020, 22:33 Azərbaycanda daha 3080 nəfər koronavirusla bağlı test edildi - FOTO 5 Aprel 2020, 22:23 Ziyad Səmədzadə karantinə alınmayıb - Deputatın köməkçisi danışdı 5 Aprel 2020, 22:00 Ermənistanda 822 nəfər COVID-19-a yoluxdu 5 Aprel 2020, 21:46 Bu ölkədə virusa yoluxan azərbaycanlı sağaldı 5 Aprel 2020, 21:31 Türkiyədə koronovirusdan ölü sayı 574-ə çatdı 5 Aprel 2020, 21:14 UNEC tələbələrindən Prezidentin çağırışına dəstək: “Biz birlikdə güclüyük!” - VİDEO 5 Aprel 2020, 21:10 İtaliyada koronavirusdan ölənlərin sayı 15 887 nəfərə çatdı 5 Aprel 2020, 20:58 Azərbaycanın bu rayonunda maskalar pulsuz paylanacaq 5 Aprel 2020, 20:44 Bu ölkədə bir sutkada 674 nəfər koronavirusdan öldü 5 Aprel 2020, 20:30 Gürcüstanda koronavirusa yoluxanların sayı artdı 5 Aprel 2020, 20:27 Fəzail Ağamalı qarət olmasından DANIŞDI 5 Aprel 2020, 20:22 AMEA karantin rejimində necə İŞLƏYİR? 5 Aprel 2020, 20:16 Teledərslərin sabahkı cədvəli AÇIQLANDI 5 Aprel 2020, 20:15 Gəncədə həyat yoldaşını yandıran şəxs saxlanıldı - TƏFƏRRÜAT 5 Aprel 2020, 20:04 Azərbaycanda koronavirusdan daha 2 şəxs vəfat etdi 5 Aprel 2020, 19:33 Koronavirusa yoluxan keçmiş Baş Nazir öldü 5 Aprel 2020, 19:07 “Təcili tədbir görülməsə, yoluxmalar daha da artacaq!” - Karantin həkimindən HƏYACAN TƏBİLİ 5 Aprel 2020, 18:40 Koronavirus Bakı küçələrini boş qoyub - FOTOLAR 5 Aprel 2020, 18:04 Çində koronavirusun ikinci dalğası başladı – KARANTİN 5 Aprel 2020, 17:47 Bu ölkə məscidləri bağlayır - Fətva verildi 5 Aprel 2020, 17:41 ASAN-dan tövsiyə: SMS müraciətlərini  1 saat öncədən həyata keçirsinlər 5 Aprel 2020, 17:39 Hollandiyada bir gündə 1224 nəfər koronavirusa yoluxub, 115-i ölüb 5 Aprel 2020, 17:24 Türkiyə vaksinin ilk sınağını keçirdi  5 Aprel 2020, 17:10