Modern.az

Azərbaycanda koronavirus şübhəsi ilə 7 nəfər xəstəxanaya yerləşdirildi - RƏSMİ

Azərbaycanda koronavirus şübhəsi ilə 7 nəfər xəstəxanaya yerləşdirildi - RƏSMİ

Ölkə

5 Fevral 2020, 10:07

Azərbaycan Resbuplikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatı yayıb.

 

Rəsmi qurumlardan Modern.az-a verilən məlumata görə, Kiliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 7 nəfər yerləşdirilib.

 

Bildirilib ki, Pekində təhsil alan 1992-ci il təvəllüdlü şəxs Azərbaycan vətəndaşıdır:

 

“Azərbaycana 1993-cü il təvəllüdlü həyat yoldaşı ilə birlikdə gəlib. Heç bir şikayətləri yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə olunub.

 

Çinin Jinxua şəhərində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşının hərarəti normaldır, heç bir şikayəti yoxdur. Analizləri götürülüb, müayinə olunacaq.

 

Çinin Jinxua şəhərində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşının hərarəti normaldır heç bir şikayəti yoxdur.

 

Çinin Şandonq şəhərində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşın heç bir şikayəti yoxdur. Xəstələrlə kontaktı olmayıb.

 

Çinin Zeyiyanq şəhərində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı (qız) hərarəti normaldır heç bir şikayəti yoxdur. Həkim müayinəsindən keçiriləcək .

 

Pekində təhsil alan 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı hərarəti normaldır. Həkimlər tərəfindən müayinə olunub hal hazırda səhhətində problem yoxdur”.

 

“Yuxarıda qeyd olunanlar ölkəyə tranzit aviareyslərlə İstanbul, Dubay və Moskva şəhərlərindən gəliblər.

 

Xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar”, - deyə qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır