Arxiv
7 Fevral 2020, 13:40 | QARABAĞ
Mübariz İbrahimov Ermənistan prezidentini necə şoka saldı? - TARİX

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. 1988-ci il fevralın 7-də anadan olan gizir İbrahimov 2010-cu il iyunun 18-dən 19-na keçən gecə Qarabağın Çaylı kəndi istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhid olmuşdu.

 

Modern.az həmin hadisələrin xronologiyasını yada salır.

Çaylı kəndindəki həmni insidentdən qabaq Ermənistan rəhbərliyi təmas xəttində gərginliyi artırmağa hesablanmış təxribatlara yol verirdi. Belə ki, may ayının ortalarında iyun ayının ortalarına qədər atəşkəs 101 dəfə pozulmuş, xüsusən, Qarabağda təmas xəttində snayper və iri çaplı pulemyotlardan atəş halları artmışdı.

 

Digər tərəfdən, rəsmi Yerevan Qarabağla bağlı intensiv sülh danışıqlarının pozulmasına nail olmağa çalışırdı. Təsadüfi deyil ki, iyunun 17-də Sankt-Peterburqda Rusiya baş naziri Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş baş tutmuşdu. Görüşdən 30 saat sonra isə Yerevan təmas xəttində təxribata getdi.

İyunun 18-i axşam 23:30 radələrində düşmənin kəşfiyyat-diversiya qrupu Çaylı kəndində Milli Ordunun mövqelərinə hücum cəhdi etmişdi. Döyüş mövqelərinin müdafiəsi zamanı düşmənə əks-zərbə endirən gizir Mübariz İbrahimov təkbaşına 4 düşmən hərbçisini məhv etmiş, 4-nü isə yaralamışdı. Bu zaman özü də çoxsaylı güllə yarası alaraq şəhid olmuşdu.

 

İyunun 24-də Ermənistan prezidenti Serj Sarkisyan təcili Qarabağa gələrək separatçı rejimin rəhbərliyi ilə görüş keçirmişdi. O, təxribatın uğursuzluğu və çoxsaylı itkilərdən dolayı hərbi rəhbərliyə narazılığını ifadə etmişdi. Xankəndi hospitalında müalicə alan əsgərlərlə də görüşmüşdü.

 

Diversiya cəhdinin uğursuzluğundan şoka düşən Serj Sarkisyan 2010-cu ilin iyun ayından noyabrına qədər Mübarizə İbrahimovun meyitini Azərbaycan tərəfinə qaytarmaqdan imtina edirdi. Hətta Bütün Ermənilərin Katolikosu II Qaregin də sentyabrın 30-da Serj Sarkisyana humanitar addım olaraq Mübarizə İbrahimovun cəsədinin Azərbaycan tərəfinə qaytarılması üçün məktubla müraciət etmişdi. Lakin Ermənistan rəhbəri bu məktubu da cavabsız qoyaraq kilsə ilə gərginliyə yol açmışdı. Yerevan azərbaycanlı gizirin çoxsaylı düşmən hərbçisini məhv etməsinə görə ondan öz cılız qisaslarını almağa cəhdi edirdilər.

 

Beynəlxalq birliyin təzyiqi nəticəsində noyabrın 6-da Mübariz İbrahimovun cənazəsi Azərbaycan tərəfinə geri qaytarılmışdı. Mübariz İbrahimov təntənəli hərbi mərasimlə Bakının II Fəxri Xiyabanında dəfn olunub.

Amma düşmən Çaylı kəndində təxribatlarına son qoymamışdı. 2010-cu il sentyabrın 1-də Azərbaycan Ordusunun 2 əsgəri - Əmirov Vüqar Əmirəli oğlu və Abdullayev Pərvin Nəbi oğlu düşmən təxribatı nəticəsində şəhid olmuşdular.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qazaxıstanda koronavirusdan ölənlərin sayı 6 nəfərə çatıb 5 Aprel 2020, 11:15 Qırğızıstanda koronavirusa yoluxanların sayı artdı 5 Aprel 2020, 11:10 Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb 5 Aprel 2020, 11:04 Post-pandemiya dövründə yeni iqtisadi artım modeli necə tətbiq ediləcək? 5 Aprel 2020, 10:56 İsraildə koronavirusa yoluxanların sayı 8 mini ötdü 5 Aprel 2020, 10:44 Bakıda çoxmərtəbəli yaşayış binası yanır 5 Aprel 2020, 10:40 Dağıstanda koronavirus nəzarətsiz mərhələyə keçdi  5 Aprel 2020, 10:35 Ermənistan Qazaxın kəndlərini atəşə tutub 5 Aprel 2020, 10:25 Rektor müəllim və tələbələrə müracitə etdi – AZƏRBAYCANDA 5 Aprel 2020, 10:15 Özbəkistanda xüsusi karantin rejimi elan edilib 5 Aprel 2020, 10:05 “Milli Məclisdə amnistiya təklifi irəli sürülə bilər” – Deputat AÇIQLADI 5 Aprel 2020, 10:00 Qarabağ cəbhəsində gərginlik - pulemyotlar işə düşdü 5 Aprel 2020, 09:53 Deputat koronsvirus vaxtı seçicilərlə belə görüşdü 5 Aprel 2020, 09:43 Azərbaycanda ən çox koronavirus yayılan bölgələrin deputatları: Vəziyyət hələ ki, həyəcanlı deyil 5 Aprel 2020, 09:39 Cənubi Koreyada koronavirusdan ölənlərin sayı 138-ə yüksəlib 5 Aprel 2020, 09:23 Suriyada terrorçular 8 dinc sakini öldürüb 5 Aprel 2020, 09:17 Neftin son qiyməti daha çox bu ölkələri silkələyəcək - Siyahı 5 Aprel 2020, 09:13 Tramp neft idxalına rüsum tətbiq edə bilər 5 Aprel 2020, 09:06 UEFA avrokuboklar üçün son tarixi müəyyənləşdirdi 5 Aprel 2020, 08:59 Bakı sakininin başına dəmir qapı düşdü 5 Aprel 2020, 08:53 Meksikada 79 nəfər koronavirusdan öldü 5 Aprel 2020, 08:46 "Koronavirusla mübarizə üçün Nyu-Yorka əlavə qoşun göndəriləcək" - Tramp   5 Aprel 2020, 08:40 Son sutkada daha 79 min nəfər COVID-19 infeksiyasına yoluxub 5 Aprel 2020, 08:34 Rusiyada cinayətkar 5 qonşusunu öldürdü 5 Aprel 2020, 08:26 Moskvada daha iki nəfər koronavirusdan ölüb 5 Aprel 2020, 08:22 Almaniyada koronavirusa yoluxanların sayı 90 min nəfəri keçib 5 Aprel 2020, 08:15 Koronavirusa görə 130 polis karantinə alındı 5 Aprel 2020, 00:58 ABŞ-da 300 915  nəfər koronavirusa yoluxdu 5 Aprel 2020, 00:39 Xaricdə koronavirusa qarşı vaksin hazırlayan azərbaycanlı professor: “Sağalanın nə problem yaşayacağı bilinmir” 5 Aprel 2020, 00:18 Bu andan Azərbaycanda küçəyə çıxmaq QADAĞANDIR 5 Aprel 2020, 00:00 Gürcüstanda 162 nəfər koronavirusa yoluxub 4 Aprel 2020, 23:47 Rusiya koronavirusa qarşı peyvəndlərin sınağına başlayır 4 Aprel 2020, 23:36 Salyanda avtomobil 17 yaşlı velosipedçini vurdu 4 Aprel 2020, 23:18 Dibala yenidən koronavirusa yoluxdu 4 Aprel 2020, 23:05 Türkiyədə koronavirusdan daha 76 nəfər öldü 4 Aprel 2020, 22:53