Rusiyanin Sverdlovsk vilayətinin Berezovsk şəhərində ağır cinayət faktı ortaya çıxıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 33 yaşlı Azərbaycan vətəndaşı 3 övladını - 2 azyaşlı oğluna və qızına seksual şiddət göstərib. 9 yaşlı uşağın etiraflarından sonra Sverdlovsk polisi Azərbaycan vətəndaşını saxlayıb.
Onun barəsində “seksual xarakterli zorakılıq hərəkətləri” maddəsi ilə iş açılıb.
“Ata 3 azyaşlı övladına qarşı seksual hərəkətlər edib. O həbs olunub və uşaqlar ailəsindən götürülüb”- deyə rəsmi informasiyada deyilir.
Azərbaycan vətəndaşının rəsmən evil olduğu və ər-arvadın birlikdə yaşadığı qeyd olunub.