Modern.az

Seçki pozuntuları ilə bağlı 220-dən artıq videogörüntü izlənilib

Seçki pozuntuları ilə bağlı 220-dən artıq videogörüntü izlənilib

15 Fevral 2020, 15:37

Mərkəzi Seçki Komissiyasının nəzdində faəliyyət göstərən Mətbuat qrupu tərəfindən sosial şəbəkələrdə yayılan görüntülərin maksimum araşdırılması təmin edilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Mərkəzi seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK üzvü Qabil Orucov deyib. Q. Orucov qeyd edib ki, bütün görüntülər hər bir dairə, məntəqə üzrə araşdırılıb:

“Ümumi araşdırılan videogörüntülərin sayı hazırda 220-ni keçib. Bu görüntülər ümumilikdə 30 dairəni 116-nı məntəqəni əhatə edir. MSK-ya daxil olan şikayətlər üzrə bəzi videogörüntülər sosial şəbəkələrdə paylaşılanlar olsa da, bəzisi müstəqil şəkildə yayılanlardır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI