Arxiv
17 Fevral 2020, 22:37 | AKTUAL
Azərbaycanlı köçkünlərin problemi Beynəlxalq Konfransda qaldırıldı

Bu gün Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula Von Der Leyenin dəvəti əsasında Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun rəbərlik etdiyi nümayəndə heyəti Brüsseldə keçirilən Albaniya üçün Beynəlxalq Donorlar Konfransında iştirak edib.

 

Xarici İşlər Nazirliyindən  Modern.az-a  verilən məlumata görə, konfransda Avropa İttifaqının Komissiyasının Prezidenti, Albaniya Baş naziri və Avropa İttifaqı Şurasının Prezidenti açılış nitqi ilə çıxış edib.

Eləcə də bir çox dövlətlərin və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndə heyətləri bəyanatlarını səsləndiriblər.

Konfransda çıxış edən nazir Elmar Məmmədyarov qeyd edib ki, Albaniya Azərbaycanın çox mühüm tərəfdaşıdır və bunun ən bariz nümunəsi Xəzər dənizi bölgəsini, xüsusilə də Azərbaycanı Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya ilə əlaqələndirən və İtaliyada başa çatan strateji Cənubi Qaz Dəhlizinin təşviq edilməsi üçün Albaniya Baş naziri Edi Ramanın Bakıya çoxsaylı səfərləri və bu səfərlər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirilən görüşləridir.

Nazir Elmar Məmmədyarov Albaniyada faciəvi zəlzələ baş verən zaman Azərbaycanın Albaniyaya humanitar yardım göstərən ilk ölkələr sırasında olduğunu və ölkəmizin Albaniyaya yarım milyon avro məbləğində yardım göstərdiyini qeyd edib. O, Albaniya hökumətinə və xalqına daha yarım milyon avro məbləğində yardımın göstəriləcəyi vədini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Nazir,  Azərbaycanın müasir tarixində ehtiyacı olan xalqla həmrəy olmasının çox normal bir hal olduğunu bildirib və müstəqilliyinin bərpa edilməsinin ilk günlərindən etibarən xalqımızın üzləşdiyi qonşu dövlətin təcavüzkar siyasəti və hərbi münaqişə nəticəsində 1 milyondan çox insanımızın qaçqın və məcburi köçkünə çevrilməsi ilə çox əziyyət çəkdiyinə diqqəti cəlb edib.

Bu gün isə Azərbaycanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının  İnkişafa Yardım Komitəsinin iştirakçısı olduğu və ölkəmiz tərəfindən dünyanın 100-dən çox ölkəsinə humanitar və inkişafa yardım göstərildiyi nazir Elmar Məmmədyarov tərəfindən qeyd olunub və bu yardımın gələcəkdə də davam etdiriləcəyindən əminlik ifadə edilib.

Qeyd etmək istərdik ki, Azərbaycan keçmiş sovet məkanındakı ölkələr arasında Albaniyanı çətin vəziyyətində dəstəkləyən yeganə ölkə olub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlik “Böyüklərimizə qayğı ilə!” adlı daha bir videoçarx hazırladı -VİDEO 28 mart 2020, 17:57 Polis postlarından hansı avtomobillər və şəxslər buraxılacaq? - SİYAHI 28 mart 2020, 17:50 Bakıda elektrik naqilləri oğurlayan şəxs saxlanıldı   28 mart 2020, 17:43 AŞPA məruzəçilərinin açıqlaması ilə əlaqədar məktub göndərildi 28 mart 2020, 17:36 Rusiya koronavirusa qarşı dərman hazırladığını elan etdi 28 mart 2020, 17:30 “Huawei Azerbaijan” koronavirusla mübarizədə Heydər Əliyev Fonduna dəstək göstərib - FOTO 28 mart 2020, 17:24 DMX-dən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə MÜRACİƏT 28 mart 2020, 17:18 Sabahdan koronavirusa yoluxan xəstələr “Yeni klinika”da müalicə alacaqlar 28 mart 2020, 17:11 Birinci sinfə elektron qeydiyyata yenidən start verilir 28 mart 2020, 17:04 “AŞPA həmməruzəçilərinin düşüncəsi də koronavirusa yoluxub” - Əli Hüseynli 28 mart 2020, 16:56 Ağcabədidə yük avtomobili yandı 28 mart 2020, 16:49 Təhsil Nazirliyi vətəndaş qəbulunu dayandırdı 28 mart 2020, 16:42 Hacıqabulda koronavirusa qarşı mübarizə tədbirləri davam edir - FOTO 28 mart 2020, 16:35 AZAL #EVDƏQAL təşəbbüsü çərçivəsində yeni kampaniyaya start verir - FOTO 28 mart 2020, 16:28 YAP Gəncə şəhər təşkilatının fəalları tənha və ahıl sakinlərə yardım edirlər - VİDEO 28 mart 2020, 16:22 Antikoronavirus: Bütün dünya “AĞATLI OĞLAN”ı gözləyir 28 mart 2020, 16:15 İki mağazadan oğurluq edən şəxs ələ keçdi 28 mart 2020, 16:09 Nazirlik yaşı 65-dən yuxarı 11 minədək tənhaya XİDMƏT EDİR 28 mart 2020, 16:02 “Evdə qal” devizi altında aksiya davam etdirilir - FOTO 28 mart 2020, 15:55 “Azəriqaz” daha az işçilə maksimum işləyəcək   28 mart 2020, 15:47 Zaqatalada koronavirusla bağlı yalan məlumat yayan şəxslər saxlanıldı 28 mart 2020, 15:40 Prezident və birinci xanım “Yeni klinika” tibb müəssisəsinin AÇILIŞINDA 28 mart 2020, 15:33 TƏBİB-dən 6 yaşlı uşağın ölümü ilə bağlı AÇIQLAMA 28 mart 2020, 15:25 Belə karantin olmaz! - Biri başsağlığına gedir, o biri parkda gəzişir... 28 mart 2020, 15:18 İnsanları karantinə çağıranlar özləri nə edir: DARIXAN DA VAR, YALAN DANIŞAN DA… 28 mart 2020, 15:11 DMX əcnəbi və vətəndaşlığı olmayanlara müraciət etdi 28 mart 2020, 15:05 Birinci sinfin rus bölməsi üçün müsahibələr təxirə salındı 28 mart 2020, 14:59 Soydaşlarımızın məskunlaşdığı qaçqın düşərgəsi karantinə alındı 28 mart 2020, 14:52 Azərbaycan voleybol millisinin üzvləri karantinə alındı 28 mart 2020, 14:45 Koronavirusa görə 56 qrant layihəsinin təyinatı dəyişdirildi - AZƏRBAYCANDA 28 mart 2020, 14:39 Mehriban Əliyevadan koronavirusla mübarizədə ön cəbhədə olanlara TƏŞƏKKÜR 28 mart 2020, 14:32 Bakıda qardaşı arvadını qətlə yetirən şəxs saxlanıldı 28 mart 2020, 14:25 Ali məktəblərə qəbul qaydaları: NƏLƏR DƏYİŞƏ BİLƏR   28 mart 2020, 14:19 “Azəriqaz” və “Təmiz Qaz” Fonda 20 min köçürdü 28 mart 2020, 14:12 AZAL yalnız yoxlanılmış məlumatlara etibar etməyi tövsiyə edir 28 mart 2020, 14:05