Modern.az

Koronavirusu müalicə edən həkim də öldü

Koronavirusu müalicə edən həkim də öldü

Aktual

18 Fevral 2020, 00:43

Çinin Uxan şəhərinin müvəqqəti xəstəxanalarından birinin baş həkimi koronavirusdan ölüb.

Modern.az  “RİA  Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Jenmin Jibao” qəzeti məlumat yayıb:

«COVID19-a yoluxmuş Uçan xəstəxanasının direktoru Lyu Çjimin fevralın 17-də ölüb. O, koronavirusan ölən ilk tibb müəssisəsi rəhbəridirir”.

Qeyd edək ki, Çinin hakimiyyət orqanları Ümumdünya Səhiyyə Təşkilatını 2019-cu ilin dekabrın 31-də ölkədə yeni virusun yayılması barədə məlumatlandırıb. Mütəxəssislər bunun 2019-nCoV koronavirus olduğunu müəyyənləşdiriblər.


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü