Arxiv
18 Fevral 2020, 12:22 | AKTUAL
Mehriban Əliyeva vətəndaşların problemlərinin həllində var qüvvəsi ilə çalışır - PA-nın şöbə müdiri

"Azərbaycanın bugünkü nailiyyətlərinin qazanılmasında ölkədə yeni təsis olunan və artıq özünü ölkə həyatının mühüm qollarından biri kimi təsdiq etmiş vitse-prezidentlik institutu da mühüm rol oynayır. Azərbaycan xalqının xüsusi hörmətini və etimadını qazanmış Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində bunun çox uğurlu bir yenilik olduğu öz təsdiqini tapıbdır". 

 

Modern.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun 2019-cu ildə vətəndaşları düşündürən, onları narahat edən məsələlərin dövlət qurumlarında necə həll olunmasından, bu işə ölkə rəhbərliyi tərəfindən göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edən geniş təhlili məqaləsində qeyd olunub.

 

Onun sözlərinə görə, ölkənin Birinci vitse-prezidenti artıq bir çox mühüm yeniliklərin təşəbbüskarına çevrilib:

 

"Mehriban xanım Əliyevanın gördüyü işlər son dərəcə əhatəli və vacibdir, ölkəmizin iqtisadi inkişafına, bir çox vacib sosial problemlərin həllinə, xarici ölkələrdə həyata keçirilən humanitar layihələr vasitəsilə mövqelərimizin gücləndirilməsinə, bütövlükdə ümumi işimizə verilən böyük töhfədir. Təsadüfi deyildir ki, Azərbaycan vətəndaşları bir çox problemlərinin həlli üçün ona müraciət edir və haqlı tələblərinin əksəriyyətinə müsbət cavab ala bilir, zəruri yardımlar əldə edirlər".

 

PA-nın şöbə müdiri qeyd edib ki, Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsində, onun dünyada siyasi nüfuzunun gücləndirilməsində də böyük xidmətləri danılmazdır:

 

"Nəinki Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda, özünü qətiyyətli, güclü ictimai-siyasi və dövlət xadimi, güclü şəxsiyyət, ən işgüzar birinci xanım kimi tanıtmış bu yorulmaz insan tükənməz enerji ilə çalışaraq mühüm dövlət işlərini vətəndaş, ailə qayğıları ilə uzlaşdıra bilmiş, elm və sənət adamının da, din xadiminin də, əsgər və zabitin də, sıravi insanın da ümid və pənah ünvanına çevrilmişdir. Onun ötən il etdiyi 8 xarici səfəri, keçirdiyi 30-dan çox görüşü, ölkədə 12 mərkəzin açılışında iştirakı və gördüyü misilsiz işlər müqabilində aldığı mükafatlar buna sübutdur. 2019-cu ilin avqustunda Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri təkcə onun üçün deyil, bütün xalqımız üçün əlamətdar hadisə oldu. Həmin səfər zamanı onun Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Dostluq” ordeni ilə təltif edilməsi, iyul ayında Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında BMT-nin Baş katibinin müavini Liu Cenmin tərəfindən BMT-nin rəqəmsal idarəetmənin inkişafı sahəsində xüsusi mükafatının təqdim olunması, daha sonra Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilməsi onun əməyinə verilən yüksək qiymətdir. Ancaq Mehriban xanım Əliyevanın ən böyük mükafatı xalqımızın ona bəslədiyi sonsuz inam və tükənməz məhəbbətdir".

 

S.İsmayılov bildirib ki, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsində, mədəniyyət və incəsənətinin dünyaya tanıdılmasında, ölkəmizdə keçirilən böyük humanitar və idman tədbirlərinin təşkilində mühüm rol oynayan Birinci vitse-prezident Mehriban xanım Əliyeva vətəndaşların problemlərinin həllində, onların müraciətlərinə daha diqqətlə baxılmasında var qüvvəsi ilə çalışır:

 

"Məhz onun təşəbbüsü, habelə Heydər Əliyev Fondunun birinci vitse-prezidenti Leyla xanım Əliyevanın yaxından köməyi və iştirakı ilə respublikada böyük humanitar tədbirlər keçirilir, ehtiyacı olan insanlara dəstək və yardımlar göstərilir, insanların öz qabiliyyətini və işgüzar potensialını üzə çıxarması üçün bir-birindən uğurlu layihələr reallaşdırılır. Belə tədbirlərin təkcə respublika daxilində deyil, ölkəmizin hüdudlarından kənarda da keçirilməsi, Xocalı soyqırımı, 20 Yanvar faciəsi kimi tarixi hadisələr barədə dünya ictimaiyyətinə obyektiv məlumat verilməsi daim müsbət qiymətləndirilir. Xüsusilə məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və bu qəbildən olan digər insanların həyat şəraitinin yaxşılaşdırılması, onlara qayğının gündən-günə artırılması xalqımız tərəfindən böyük minnətdarlıqla qarşılanır".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şəkidə icazəsiz hərəkət edənlər barəsində qanunauyğun tədbirlər görülüb 5 Aprel 2020, 17:02 Mingəçevirdə qaydaları pozan 12 nəfər cərimələnib 5 Aprel 2020, 16:58 “Relax”da karantin müddətini başa vuran 197 nəfər evə buraxılıb - VİDEO 5 Aprel 2020, 16:44 Portuqaliyada daha 754 nəfər koronavirusa yoluxub 5 Aprel 2020, 16:44 FHN koronavirusla mübarizə üçün çağırış edib - VİDEO 5 Aprel 2020, 16:35 Bu ölkədə də koronavirus aşkarlandı 5 Aprel 2020, 16:34 Britaniyalılar hakimiyyətin çağırışına məhəl qoymayaraq gəzintiyə çıxıb 5 Aprel 2020, 16:22 Qubada 18 yaşlı oğlan yanaraq ölüb 5 Aprel 2020, 16:12 Bakıda icazə olmadan hərəkət edən şəxslər barədə tədbirlər görülüb 5 Aprel 2020, 15:58 İmişlidə karantin rejimini pozan 20 nəfər və 2 iaşə obyekti cərimə edilib 5 Aprel 2020, 15:46 Azərbaycan millisi dünya reytinqində irəliləyib 5 Aprel 2020, 15:41 Xoşmissiyalı koronavirus 5 Aprel 2020, 15:37 Azərbaycanda koronavirusa 63 yeni yoluxma qeydə alındı 5 Aprel 2020, 15:20 İndoneziyada koronovirusa yoluxanların sayı 2270 nəfəri ötüb 5 Aprel 2020, 15:15 Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır- Polad Bülbüloğlu 5 Aprel 2020, 15:11 Rusiyada koronavirusa yoluxanların sayı 5 400 nəfərə çatır 5 Aprel 2020, 15:05 Hondurasın eks-prezidenti ABŞ-da öldü 5 Aprel 2020, 14:58 "Fənərbağça"nın kapitanı azərbaycanlılara müraciət etdi  5 Aprel 2020, 14:51 İranda koronavirusdan ölənlərin sayı 3 600 nəfəri ötdü 5 Aprel 2020, 14:48 Naftalanda onlayn Yoqa məşğələləri – Evdə qal, sağlam qal! 5 Aprel 2020, 14:45 Azərbaycanda koronavirusla mübarizədə ordudan istifadə oluna bilərmi? – Fərid Şəfiyev cavablayır 5 Aprel 2020, 14:34 Evdən çıxarkən üstünüzdə bu sənədlər olsun - XƏBƏRDARLIQ 5 Aprel 2020, 14:22 Apteklərdəki spirtlə bağlı əhaliyə ciddi xəbərdarlıq 5 Aprel 2020, 14:14 Bakıda qadın yanğın zamanı özünü binadan yerə ataraq ölüb 5 Aprel 2020, 14:06 Ukraynada koronavirusdan ölənlərin sayı isə 32-yə çatıb 5 Aprel 2020, 14:05 Daha 2 ölkədə koronavirus aşkarlandı 5 Aprel 2020, 14:04 Mariya Stadnik Olimpiya reytinq siyahısında ikinci pillədə qərarlaşıb 5 Aprel 2020, 14:02 Bu ölkədə bir gündə 6000-dən çox insan koronavirusa yoluxub 5 Aprel 2020, 13:58 Karantin rejimini pozan Lənkəran sakini həbs edilib 5 Aprel 2020, 13:44 Qoşulmama hərəkatı serparatçıların Qarabağda keçirdiyi qodarma seçkiləri tanımır 5 Aprel 2020, 13:34 Üçüncü dünya müharibəsi alimlərin “savaşı” olacaqmı?! 5 Aprel 2020, 13:25 Çernobıl AES ərazisində yanğın baş verib 5 Aprel 2020, 13:25 ADA Universiteti təhsili onlayn rejimdə davam etdirir 5 Aprel 2020, 13:18 Ötən ay Türkiyədə 80-dən çox terrorçu zərərsizləşdirilib 5 Aprel 2020, 13:10 Almaniyada bütün klublar mövsümü davam etdirməyə razılıq verdi 5 Aprel 2020, 12:58