Arxiv
19 Fevral 2020, 10:16 | AKTUAL
“Qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsiyik” - Baş konsul

Azərbaycanın Los Anceles şəhərindəki baş konsulu, Los Anceles Konsulluq Korpusunun duayeni (sədri) Nəsimi Ağayev ABŞ-ın ən böyük farsdilli radiosu olan, Los Ancelesdə fəaliyyət göstərən KIRN radiosunun aparıcısı Debbi Amininin dəvətilə radionun “One World, One Community” (Bir Dünya, Bir İcma) proqramının qonağı olub və Azərbaycanla bağlı geniş müsahibə verib. Proqram, həmçinin canlı şəkildə kanalın rəsmi sosial şəbəkə profillərində video formatında da yayımlanıb.

 

Modern.az xəbər verir ki, müsahibədə baş konsul N.Ağayev ölkəmizin müstəqillik tarixi haqqında ətraflı danışaraq, 1918-ci ildə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığını, eləcə də qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşdüyünü bildirib.

 

Azərbaycanda mövcud olan dinlərarası harmoniya, qədim tolerantlıq və multikulturalizm ənənələri haqda ətraflı məlumat verən baş konsul ölkəmizdə müsəlmanlar ilə yanaşı, xristian, yəhudi, bəhai və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb.

 

Azərbaycanda neft sənayesinin tarixi inkişafı haqda danışan baş konsul, Azərbaycan neftinin faşist Almaniyası üzərində qələbənin əldə olunmasında oynadığı mühüm rolu qeyd edib. Eyni zamanda, N.Ağayev İkinci Dünya müharibəsində Holokostdan qaçan minlərlə yəhudiyə Azərbaycanda sığınacaq verildiyini vurğulayıb.

 

Baş konsul daha sonra Azərbaycanın zəngin mədəniyyəti, mətbəxi, əsrarəngiz təbiəti, turizm imkanları, Bakı şəhərinin görməli yerləri, həmçinin Baş Konsulluğun Los Ancelesdə keçirdiyi tədbirlər və digər mövzular barədə tamaşaçıları məlumatlandırıb. Müsahibə zamanı “Arşın Mal Alan” operettasından hissələr, eləcə də Azərbaycanın turizm imkanlarına dair fars dilində hazırlanmış çarx səsləndirilib.

 

Qeyd edək ki, Los Ancelesdə və ümumilikdə Kaliforniya ştatının cənubunda sayı 500 mini keçən İran icması mövcuddur ki, bu da ABŞ-da ən çox iranlının yaşadığı bölgə hesab olunur.

 

Müsahibənin video-yazısını bu linkdə izləmək olar: https://youtu.be/TyGL-BeXWks 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiyada viruslu xəstələrin sayı 601 nəfər artdı 3 Aprel 2020, 12:14 Təhsil Nazirliyi yeni yaradıcılıq müsabiqəsinə start verir 3 Aprel 2020, 12:10 Azərbaycanda daha 43 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ 3 Aprel 2020, 12:05 Naxçıvanda koronavirusa yoluxma aşkarlanmayıb? 3 Aprel 2020, 11:58 Evdən 8 650 manatlq oğurluq edildi 3 Aprel 2020, 11:52 Prezidentdən 15373 nəfəri sevindirəcək SƏRƏNCAM 3 Aprel 2020, 11:46 Əli Əhmədovdan müraciət: “Gəlin, günaha batmayaq” 3 Aprel 2020, 11:40 Masallı polisi daha 10 ailəyə ərzaq yardımı etdi - FOTO 3 Aprel 2020, 11:35 Vilayət Eyvazov rəisi işdən ÇIXARDI 3 Aprel 2020, 11:30 Ermənistanda virusa yoluxanların sayı 736-ya çatdı 3 Aprel 2020, 11:25 OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşü aprelin 6-da keçiriləcək 3 Aprel 2020, 11:19 Astarada karantin qaydalarını pozan şəxs həbs edildi - FOTO 3 Aprel 2020, 11:12 Avtobus dayanacaq pavilyonları dezinfeksiya olunur - VİDEO 3 Aprel 2020, 11:06 Şura "QHT-lərin koronovirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı"nı keçirdi - FOTO 3 Aprel 2020, 11:01 17576 nəqliyyat vasitəsi postlardan GERİ QAYTARILDI 3 Aprel 2020, 11:00 İran-Türkiyә sәrhәdindә güclü zәlzәlә olub 3 Aprel 2020, 10:55 Xaçmazda 10 obyekt sahibi və 20 vətəndaş məsuliyyətə cəlb olunub - FOTO 3 Aprel 2020, 10:50 Subsidiya alan fermerlerə şad xəbər!   3 Aprel 2020, 10:45 Ermənistanda koronavirusdan 1 gündə 3 nəfər öldü 3 Aprel 2020, 10:40 Karantin rejimini pozan 10 nəfər həbs edilib, 3581 nəfər cərimələnib 3 Aprel 2020, 10:35 Çətinlikdən çıxa bilənlər“Yüksəliş”in bir hədəfi də böhran dövrünün idarəçisini seçməkdir 3 Aprel 2020, 10:29 Karantin rejimini pozan daha 3 nəfər həbs olundu 3 Aprel 2020, 10:23 Nazirlər Kabinetindən daha bir XƏBƏRDARLIQ: “Sərnişinə görə də icazə olmalıdır” 3 Aprel 2020, 10:16 Bakı polisindən əhaliyə MÜRACİƏT 3 Aprel 2020, 10:10 Evdən çıxmaq üçün məlumatların sistemə yerləşdirilməsinə BAŞLANILDI 3 Aprel 2020, 10:06 Karantin rejiminin qaydalarını pozanları bu CƏRİMƏ VƏ CƏZALAR gözləyir 3 Aprel 2020, 10:00 Koronavirus peyvəndi siçanlarda uğurla nəticələndi 3 Aprel 2020, 09:55 Paytaxt polisi bir gündə 20 cinayətin üstünü açdı 3 Aprel 2020, 09:50 ABŞ-da koronavirusdan ölənlərin sayı 6 mini keçdi 3 Aprel 2020, 09:45 Şimal bölgəsində KORONAVİRUSla bağlı son durum: DEPUTATLAR DANIŞDI 3 Aprel 2020, 09:40 Bu ölkədə bir gündə virusa yoluxanların sayı 30 minə çatdı 3 Aprel 2020, 09:35 Azərbaycan nefti niyə Brentdən ucuz satılır? - SƏBƏB 3 Aprel 2020, 09:29 Bakıda karantin rejimini pozan kafe aşkarlandı 3 Aprel 2020, 09:29 Türkiyədə zəlzələ olub 3 Aprel 2020, 09:25 Manat, dollar və avro - Bu günün valyuta MƏZƏNNƏSİ 3 Aprel 2020, 09:19