Arxiv
19 Fevral 2020, 13:00 | ÖLKƏ
Qanunsuz tikilən evlər SƏNƏDLƏŞDİRİLƏCƏK

Azərbaycanda sənədsiz torpaq sahələrinin və evlərin dövlət reyestrinə daxil edilməsi uzun illərdir ki, müzakirə obyektinə çevrilib. Baxmayaraq ki, ölkə başçısı bununla bağlı müvafiq tövsiyyə və tapşırıqlarını beş ildən artıqdır ki verib, ancaq hələ də bu barədə heç bir irəliləyiş yoxdur.

 

Bəs hazırda vəziyyət necədir, bununla bağlı hər hansı bir işlər görülürmü?

 

Məsələ ilə bağlı iqtisadçı Vüqar Bayramov Modern.az-a məlumat verib.

 

“Sənədsiz evlərin sənədləşməsi ilə bağlı xüsusi komitə formalaşıb. Xüsusi komitə əsasən sənədsiz evlərlə bağlı məlumatların toplanması, eyni zamanda, qeydiyyat prosesi ilə bağlı xüsusi konsepsiya üzərində işləyir. Bizdə olan məlumata görə artıq konsepsiya hazırdır. Baxılması üçün aidiyyatı üzrə orqana təqdim olunub. Konsepsiyada əsasən təhlükəli ərazi hesab olunan torpaqlarda inşa edilən evlərin sənədləşməsi məsələsi öz əksinin tapıb. İlkin qiymətləndirilməyə görə Azərbaycanda 600 mindən artıq sənədsiz ev var. Onlardan 450 mini Bakı və Bakıətrafı ərazilərdədir. Bütövlükdə, sənədsiz evlərin 70 mini təhlükəli hesab olunan ərazilərdə yerləşir. Hansı ki, bunlar əsasən neft buruqları, yüksək gərginlikli elektrik xətlərinin altında, mavi qaza yaxın olan ərazilərin tərkibində yerləşir. Eyni zamanda, evlərin bir qismi kənd təsərrüfatına yararlı torpaq sahələrində inşa edilib. Hansı ki, həmin torpaqlarda evlərin inşa edilməsi qanunla qadağan hesab edilir.  Əslində digər evlərin sənədləşməsi ilə bağlı heç bir çətinlik yoxdur. Ən böyük çətinlik təhlükəli zonalarda evlərin sənədləşməsi ilə bağlıdır. Həmin ərazilərdə vətəndaşlar yaşayır və kifayət qədər riskli ərazilər hesab olunur. Nəzərə alsaq ki, vətəndaş həmin ərazilərdə ev tikdirib, kifayət qədər pul xərcləyib və yaşayır. Bu baxımdan da, ən çox müzakirə edilən məsələlərdən biri  məhz həmin ərazilərdə yaşayan vətəndaşların necə köçürülməsi ilə bağlıdır”.

 

 

Vüqar Bayramovun sözlərinə görə hazırda kənd təsərrüfatı üçün yararlı olan torpaqlarda inşa edilən evlərin sənədləşməsi ilə bağlı ümumi razılıq var:

 

“Kütləvi şəkildə həmin evlər inşa edilirsə, o zaman həmin torpaqların təyinatı dəyişilməsi mümkündür. Əgər həmin ərazidə kütləvi deyilsə, o zaman onlara ayrıca baxılıb qərar verilir. Eyni zamanda, evlər yüksək gərginlikli elektrik xətlərinin altında yerləşirsə və elektrik xəttini yeraltı etmək mümükündürsə, o zaman burda sənədləşmə ilə bağlı heç bir problem yaranmır. Əslində bu proseslərin başlanılması 2020-ci ildən başlayıb, ilin axırına yekunlaşmalıdır. Ancaq konkret hansı aydan başlanacağını demək biraz çətindir”.

 

İqtisadçı ekspert həmçinin qeyd edib ki, 2020-ci il yanvar ayınadək hündür mərtəbəli evlərin sənədləşməsi prosesi başa çatıb.

 

“Gözlənilir ki, növbəti mərhələdə qeydiyyatsız evlərin sənədləşməsi həyata keçiriləcək. Təklif edirik ki, ilk olaraq Rusiya modelindən istifadə olunsun. Yəni əmlak aministiyası verilsin. Nisbətən aşağı ödənişlə dövlət rüsumu ilə qeydiyyatsız evlərin qeydiyyatı həyata keçirilsin ki, bu da xüsusən də həmin şəxslərin mülkiyyət hüquqlarının tanıdılmasına imkan versin”, - deyə Vüqar Bayramov bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan nefti hazıda bu qiymətə satılır 31 mart 2020, 11:03 Binəqədidə 3 ədəd yeni müasir dərman səpən aparat alınıb - FOTO 31 mart 2020, 11:03 Dövlət krediti olanlara belə dəstək olacaq 31 mart 2020, 10:54 Xarici İşlər Nazirliyi “soyqırımı bəyanatı” verdi 31 mart 2020, 10:48 Ceyhun Bayramov prorektoru işdən çıxardı 31 mart 2020, 10:45 İnsan özünə ya həkimdir, ya qənim 31 mart 2020, 10:40 Aprel döyüşlərində şəhid olan Milli Qəhrəmanın DOĞUM GÜNÜDÜR 31 mart 2020, 10:35 “Koroğlu”-“28 May” xəttinə 18 metrlik avtobuslar ÇIXARILDI 31 mart 2020, 10:30 BMT Təhlükəsizlik Şurası maya qədər videokonfrans rejimində çalışacaq 31 mart 2020, 10:24 Milli Məclis sədrinin köməkçisi vəzifəsindən azad edildi 31 mart 2020, 10:19 Neftin qiyməti bahalaşır 31 mart 2020, 10:11 Pandemiyadan zərər çəkən sektorlar müəyyənləşdirilib - 12 sahəyə dəstək veriləcək 31 mart 2020, 10:03 İlham Əliyevdən soyqırımı paylaşımı 31 mart 2020, 09:59 ABŞ-da koronavirusdan ilk hərbçi öldü 31 mart 2020, 09:53 Qazaxda olan son vəziyyətlə bağlı deputatdan AÇIQLAMA 31 mart 2020, 09:48 Lerikli sahibkardan örnək addım - Rayonda karantində olanlar üçün inək kəsdi 31 mart 2020, 09:42 “Uğurlu siyasət nəticəsində Dağlıq Qarabağ tezliklə işğaldan azad olunacaq” - Millət vəkili 31 mart 2020, 09:36 Dollar və manatın bugünkü məzənnəsi 31 mart 2020, 09:30 Ermənilərin Qafqazda törətdikləri qırğın və talanlar 31 mart 2020, 09:24 Cəbhədə gərginlik səngimir: atəşkəs 22 dəfə pozulub 31 mart 2020, 09:17 100 yaşlı Nənəxanım nənə: “Camaatı yığdılar məscidə, od vurub yandırdılar” - Zəngəzur HADİSƏLƏRİ 31 mart 2020, 09:11 ABŞ koronavirusa təslim olur - Bir gündə 20 min yoluxma, 600-ə yaxın ölüm 31 mart 2020, 09:04 Dünənki təxribat zamanı Ermənistanın iki hərbçisi yaralanıb 31 mart 2020, 08:39 Vaşinqtonda yaşayan azərbaycanlı jurnalist: “Amerikalılar azərbaycanlılardan fərqli olaraq qaydalara əməl edir” - MÜSAHİBƏ 31 mart 2020, 08:16 Koronavirusla bağlı SON STATİSTİKA - 200-cü ölkə, 784 min yoluxma, 37 min ölüm 31 mart 2020, 04:10 Merkel koronavirusa görə üçüncü dəfə test verdi 31 mart 2020, 00:53 ABŞ-da 153 min insan koronavirusa yoluxdu 31 mart 2020, 00:43 Bu gündən Azərbaycanda küçəyə çıxmaq MƏHDUDLAŞDIRILIR 31 mart 2020, 00:31 Mehriban Əliyevadan soyqırımı paylaşımı 31 mart 2020, 00:21 İranda koronavirusa qarşı dərman hazırlandı 31 mart 2020, 00:09 31 mart Soyqırımı - 1 milyonadək azərbaycanlı məhv edilib 31 mart 2020, 00:00 27 polis koronavirusa yoluxdu 30 mart 2020, 23:56 Mübariz Mənsimov  “ölüm aclığı”nı dayandırdı 30 mart 2020, 23:37 Koronavirus daha bir ölkəyə yayıldı 30 mart 2020, 23:21 Habil Əliyevin qızı koronavirusa YOLUXUB:Hazırda sistem altındayam 30 mart 2020, 23:12