Arxiv
19 Fevral 2020, 19:33 | AKTUAL
Naftalanda hesabat iclası keçirildi

Fevralın 19-da Naftalan şəhərinin 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə dair geniş Şura iclası keçirilib.

 

İclasda Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov, şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Naftalan ŞİH-dən Modern.az-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

 

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov geniş hesabat məruzəsi ilə çıxış edərək qeyd edib ki, möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi islahatlar kurort şəhəri Naftalanın da bütün sahələrdə inkişafına müsbət təsir göstərib, makroiqtisadi göstəricilərdə müsbət dinamika müşahidə olunub.

Qeyd edilib ki, Naftalan kurort şəhərinin hərtərəfli inkişafında əldə olunan nailiyyətlər cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır.

 

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov çıхış еdərək Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ötən 2019-cu ildə görülmüş işlər  və 2020-ci ildə qarşıya qoyulan hədəflər barədə ətraflı məlumat verib, həmçinin Naftalanda turizmin inkişafı sahəsində, həm də ümumilikdə şəhərdə görülmüş işləri, həyata keçirilən layihələri təqdirəlayiq hesab edib.

 

Hesabat məruzəsi ətrafında Naftalan şəhər Maliyyə şöbəsinin rəisi Saleh Tağıyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Naftalan şəhər şöbəsinin müdiri əvəzi Eyvaz Nəcəfov və  sahibkar İlqar Hüseynov çıxış ediblər.

 

Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul olunub.

        

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qənirə Paşayeva 500 veterana tibbi-qoruyucu vasitə göndərdi 6 Aprel 2020, 14:52 Azərbaycanda hərbi çağırışçılara MÜRACİƏT 6 Aprel 2020, 14:43 COVİD-19-dan ölənlərin sayı 70 mini keçdi 6 Aprel 2020, 14:29 Neftin taleyi cümə axşamı HƏLL OLUNACAQ: ya havayı olacaq, ya da... - ŞƏRH 6 Aprel 2020, 14:27 Prezident və birinci xanım maska istehsalı müəssisəsinin AÇILIŞINDA 6 Aprel 2020, 14:12 ABŞ-ın baş infeksionistindən bədbin proqnoz: “Koronavirusu tam məhv etmək mümkün olmayacaq” 6 Aprel 2020, 14:01 Bəzi tələbələrin təhsil haqqını dövlət ödəyəcək - Layihə hazırlanır 6 Aprel 2020, 13:55 Neftlə bağlı Moskva və Ər-Riyadın razılaşmadığı əsas MƏQAM 6 Aprel 2020, 13:44 Milli Məclisin iki deputatı TƏBİB-in çağırışına qoşuldu: Könüllü olmağa hazırıq 6 Aprel 2020, 13:40 Sabahın HAVA PROQNOZU - güclü külək, yağış... 6 Aprel 2020, 13:27 Koronavirus nə zaman bitəcək? – Ekspertlərdən fərqli PROQNOZLAR 6 Aprel 2020, 13:19 Koronavirusdan sağalan hamilə qadın uşaq dünyaya gətirdi 6 Aprel 2020, 13:17 Ermənistanda qadın minaya düşdü 6 Aprel 2020, 13:13 Gürcüstanda COVİD-19-a yoluxanların sayı artdı 6 Aprel 2020, 13:05 Dövlət Neft Fondu proqnozları AÇIQLADI 6 Aprel 2020, 12:53 İsveçdə koronavirusla mücadilədə niyə küçəyə çıxmağa qadağa qoyulmur? 6 Aprel 2020, 12:49 Mədəniyyət Nazirliyi “Yaradıcılığı evdə öyrən” layihəsinə başlayıb 6 Aprel 2020, 12:46 Cəbhədə düşmən təxribatı: 1 erməni hərbçi yaralandı 6 Aprel 2020, 12:44 Rüstəm Xəlilov Hacıqabulda monitorinq apardı  - FOTO 6 Aprel 2020, 12:29 Elman Rüstəmov yenidən Mərkəzi Bankın rəhbəri təyin ediləcək? 6 Aprel 2020, 12:20 Azərbaycan nefti 20 faizədək bahalaşdı 6 Aprel 2020, 12:20 Hökumətin hesabatına əlavələr edildi 6 Aprel 2020, 12:15 Bir sutkada karantin rejimi pozanlardan 380.000 manat cərimə TOPLANDI 6 Aprel 2020, 12:10 Taksi sürücülərinə ŞAD XƏBƏR 6 Aprel 2020, 12:01 Ermənistanda virusdan ölənlərin sayı 8-ə çatdı 6 Aprel 2020, 11:57 Rusiyada koronavirusa yoluxanların sayı ARTDI 6 Aprel 2020, 11:51 Banklar kredit verməyi niyə dayandırıb? - Rəsmi AÇIQLAMA 6 Aprel 2020, 11:40 Azərbaycanda metil spirtindən 8 nəfər öldü 6 Aprel 2020, 11:38 Koronavirusun yox edəcəyi ixtisaslar – SİYAHI 6 Aprel 2020, 11:38 Bütün dünyanın səbirsizliklə gözlədiyi döyüş baş tutmayacaq 6 Aprel 2020, 11:34 Binəqədidə tənhalara yardım edilir - FOTO 6 Aprel 2020, 11:30 Karantin rejimini pozan daha 6 nəfər HƏBS OLUNDU 6 Aprel 2020, 11:27 Naxçıvanda 18 nəfər koronavirusa YOLUXDU 6 Aprel 2020, 11:17 Qırğızıstan televızıyasında Mehriban Əliyevanın milli mədəniyyətə verdiyi töhfələrdən danışıldı 6 Aprel 2020, 11:14 Lənkəranda karantinlə bağlı tənha və ahıl vətəndaşlara baş çəkilib - FOTO 6 Aprel 2020, 11:07