Modern.az

Kasilyas idmançı karyerasını bitirdi

Kasilyas idmançı karyerasını bitirdi

20 Fevral 2020, 00:46

Portuqaliya "Portu"sunda çıxış edən ispaniyalı qapıçı İker Kasilyas idmançı karyerasını başa vurub.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki,  klubun prezidenti Jorje Nunu Pintu da Koşta da məlumatı təsdiqləyib.

Kasilyas 2019-cu ilin mayında keçirdiyi infarktdan sonra çıxışlarını bərpa etməyəcək. O, İspaniya Kral Futbol Federasiyasının prezidenti postuna namizədliyini irəli sürməyi planlaşdırır.

Qeyd edək ki, İker Kasilyas "Real Madrid"in heyətində 5 dəfə İspaniya çempionluğu, 3 dəfə Çempionlar Liqası və 2 dəfə UEFA Super Kubokunu qazanıb. Ölkə yığmasının heyətində isə o, dünya və 2 dəfə Avropa çempionluğu əldə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı