Modern.az

MSK-dan Musa Quliyevin lider olduğu dairə ilə bağlı QƏRAR

MSK-dan Musa Quliyevin lider olduğu dairə ilə bağlı QƏRAR

20 Fevral 2020, 16:35

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 40 saylı Kəpəz ikinci seçki dairəsindən daxil olan müraciətə baxılıb.

 

Modern.az xəbər verir ki, müraciəti MSK katibi Arifə Muxtarova səsləndirib. O, qeyd edib ki, komissiya daxil olan müraciətləri hərtərəfli araşdırıb. Nəticədə məlum olub ki, 40 saylı seçki dairəsinin bir məntəqəsində seçicilərin iradəsini əks etdirməyən pozuntu halları baş verib. MSK-nın Ekspert Qrupunun rəyi əsasında qərara alınıb ki, həmin dairənin 8 saylı məntəqəsinin nəticələri etibarsız sayılsın.

 

Qeyd edək ki, 40 saylı Kəpəz ikinci seçki dairəsindən lider namizəd Musa Quliyevdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir