Modern.az

Ukrayna Niderland və Estoniya ilə birgə PUA istehsal edəcək - VİDEO

Ukrayna Niderland və Estoniya ilə birgə PUA istehsal edəcək - VİDEO

Dünya

7 İyul 2026, 22:23

Ukrayna Prezidenti Volodimir Zelenski və Niderlandın Baş naziri Dik Sxof pilotsuz uçuş aparatlarının birgə istehsalına dair saziş imzalayıblar.

Modern.az xəbər verir ki, imzalanma mərasimi  NATO-nun Ankara sammiti çərçivəsində keçirilən müdafiə forumunda baş tutub. 

Ukrayna Estoniya ilə də analoji saziş bağlayıb.

Bu arada, Ankarada keçirilən görüşlər çərçivəsində Kanadanın Baş naziri Mark Karni Ukraynaya təxminən 633 milyon ABŞ dolları məbləğində hərbi yardım göstəriləcəyini açıqlayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi